Putin izn verdi: Ruslar Türkiyəyə gedə bilər![]() Kreml rus turistlərinin Türkiyəyə səfər etməsinə qoyduğu qadağanı ləğv etməyi planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya prezidentinin Mətbuat Xidməti yayıb. Mətbuat Xidməti bu barədə razılaşmanın Türkiyə və Rusiya prezidentləri arasında baş tutan telefon danışığında əldə olunduğunu bildirib. Telefon danışığı zamanı Putin Nazirlər Kabinetinə Türkiyə ilə ticarət və iqtisadiyyat sahəsində əməkdaşlığın yenidən bərpa edilməsi haqqında əmr verəcəyini də söyləyib. Qeyd edək ki, Rusiya turizm şirkətlərinin Türkiyəyə səfərlər təşkil etməsinə Su-24 təyyarəsinin Ankara tərəfindən vurulmasından sonra qadağa qoyub.
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.