• Rus Dili
  • Reklam
    » » Badamdarda su yoxdur, sabah da olmayacaq
    

    Badamdarda su yoxdur, sabah da olmayacaq

    1-07-2016, 22:18
    Oxunub: 313
    Şərhlər: 0
    Çap versiyası
    Badamdarda su yoxdur, sabah da olmayacaq
    Badamdar qəsəbəsinin bir hissəsinin su təchizatında fasilə yaranıb.

    Trend "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, Kür-Bakı magistral su xəttindən ayrılan və Səbail rayonu Badamdar qəsəbəsini içməli su ilə təmin edən 2 ədəd magistral xəttin birinin çətin relyef şəraitindən keçən hissəsində qəza baş verib.

    Hazırda əraziyə xüsusi texnika və işçi qüvvəsi cəlb olunaraq qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

    Qəza-bərpa işlərinin çətin relyef şəraitində aparılması nəzərə alınaraq 01-02 iyul 2016-cı il tarixlərində Badamdar qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

    Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.