• Rus Dili
  • Reklam
    » » TANAP qaz kəmərinin tikintisində Azərbaycanın investisiyalarının həcmi açıqlanıb
    

    TANAP qaz kəmərinin tikintisində Azərbaycanın investisiyalarının həcmi açıqlanıb

    3-07-2016, 10:57
    Oxunub: 232
    Şərhlər: 0
    Çap versiyası
     TANAP qaz kəmərinin tikintisində Azərbaycanın investisiyalarının həcmi açıqlanıb
    Transanadolu qaz kəməri (TANAP) tikintisi layihəsi çərçivəsində "Cənub qaz dəhlizi" QSC-nin xərcləri 6 milyard dollardan artıq olacaq.

    Bu barədə Trend-ə Azərbaycan Dövlət Neft Şirkətindən yüksək vəzifəli mənbə məlumat verib.

    Mənbə bildirib: "Cəmiyyətin xərcləri 2020-ci ilə qədər 6,2 milyard dollar təşkil edəcək".

    Mənbənin sözlərinə görə, TANAP qaz kəmərinin tikintisi gedişində artıq planlaşdırılan investisiyalardan təxminən 2 milyarddan çoxu xərclənib: "Hazırda layihə üzrə işlər tam qrafikə uyğun davam edir".

    TANAP layihəsi Azərbaycanın Şah Dəniz qaz yatağından qazın Gürcüstan ərazisindən keçərək Türkiyənin qərb sərhədlərinə qədər tədarükünü nəzərdə tutur. Qazın Türkiyəyə 2018-ci ildə çatacağı nəzərdə tutulub, Transadriatik qaz kəmərinin (TAP) tikintisindən sonra isə qaz təxminən 2020-ci ilin əvvəllərində Avropaya çatacaq.

    TANAP-ın səhmdarlarının tərkibi belədir: SOCAR - 58 faiz, Botas - 30 fazi, BP - 12 faiz.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.