Avropa ölkələri TAP üzər qaz tranzitinə görə haqq almayacaq » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Avropa ölkələri TAP üzər qaz tranzitinə görə haqq almayacaq
    

    Avropa ölkələri TAP üzər qaz tranzitinə görə haqq almayacaq

    7-07-2016, 12:18
    Oxunub: 203
    Şərhlər: 0
    Çap versiyası
     Avropa ölkələri TAP üzər qaz tranzitinə görə haqq almayacaq
    Cənub Qaz Dəhlizi layihəsinin Avropa hissəsindəki ölkələr qaz tranzitinə görə haqq almayacaqlar, çünki Trans-Adriatik Boru Kəməri (TAP) özəl layihədir.

    "Report"un "Natural Gas Europe" saytına istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətindəki (SOCAR) mənbə bildirib.

    Mənbə qeyd edib ki, TAP-ın yerli şirkətləri Yunanıstan, Albaniya və İtaliyada qeydiyyatdan keçməlidir: "Adı çəkilən ölkələr vergiləri bu şirkətlərdən alacaqlar".

    TANAP-ın baş direktoru Saltuk Düzyol Türkiyənin "Hürriyet" qəzetinə bildirib ki, TANAP-dan 1 000 kubmetr qazın nəql xərci 70 dollar təşkil edəcək: "Bunun 30%-i layihənin səhmdarlarından olan BOTAŞ-a çatacaq. Boru xəttindən axan hər 1 000 kubmetr qaza görə Türkiyə büdcəsinə 5,95 dollar vergi ödəniləcək".

    Xatırladaq ki, Gürcüstan hökuməti tranzit haqqı olaraq illik 1 mlrd. kubmetr "Şahdəniz" qazı almağı ümid edir.

    Cənub Qaz Dəhlizi - Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın 3 500 km məsafə qət edərək Avropaya nəqlini nəzərə tutan layihədir. Cənub Qaz Dəhlizi üç boru kəməri - Cənubi Qafqaz Boru Kəməri (CQBK, Azərbaycan və Gürcüstan ərazisi), Trans-Anadolu Boru Kəməri (TANAP, Türkiyə ərazisi), Trans-Adriatik Boru Kəmərindən (TAP, Yunanıstan, Albaniya, İtaliya) ibarətdir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.