• Rus Dili
  • Reklam
    » » Azərbaycanda evlənənlərin sayı azalıb - Statistika
    

    Azərbaycanda evlənənlərin sayı azalıb - Statistika

    8-07-2016, 18:48
    Oxunub: 697
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycanda evlənənlərin sayı azalıb - Statistika

    Azərbaycanda nikaha daxil olanların sayı azalıb.

    Agxeber.com Trend-ə istinadən xəbər verir ki, ötən il Azərbaycanda 68773 nikah qeydə alınıb. Bu, son 6 il ərzində nikaha daxil olanların sayında qeydə alınan ən aşağı göstəricidir.

    Belə ki, 2010-cu ildə Azərbaycanda 79 172 nikah, 2011-ci ildə 88 145 nikah, 2012-ci ildə 79 065 nikah, 2013-cü ildə 86 852 nikah, 2014-cü ildə 84 912 nikah, 2015-ci ildə isə 68 773 nikah qeydə alınıb.

    Ötən il Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı da son 6 ilin ən aşağı göstəricisi olub.

    2010-cu ildə Azərbaycanda əhalinin hər 1000 nəfərinə 8,9 nikah düşdüyü halda, 2015-ci ildə bu rəqəm 7,2 olub.

    Azərbaycandakı boşanmaların sayında isə nisbətən artım baş verib. 2010-cu ildə Azərbaycanda 9061, 2011-ci ildə 10 747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764 boşanma olub. Boşanmaların sayında artımın baş verməsinə baxmayaraq, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayına görə olan göstərici əvvəlki illərdə olduğu kimi, yəni 1,3 qalıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.