• Rus Dili
  • Reklam
    » » ABŞ-da polisə atəş açmaqda şübhəli bilinən şəxs intihar etdi
    

    ABŞ-da polisə atəş açmaqda şübhəli bilinən şəxs intihar etdi

    8-07-2016, 21:21
    Oxunub: 322
    Şərhlər: 0
    Çap versiyası
     ABŞ-da polisə atəş açmaqda şübhəli bilinən şəxs intihar etdi
    ABŞ-ın Texas ştatının Dallas şəhərində polisə atəş açan şübhəli şəxslərdən biri özünü öldürüb.

    “Reuters” xəbər verir ki, təslim olması üçün polisin danışıqlar apardığı şəxsin özünü öldürdüyü bildirilsə də, bəzi mənbələr onun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürüldüyünü iddia edir.

    Polisə atəş açmaqda şübhəli bilinən daha üç nəfərdən biri isə özü təslim olub, ikisi polis tərəfindən saxlanılıb.

    Qeyd edək ki, iyulun 8-nə keçən gecə polis zorakılığına qarşı keçirilən aksiya zamanı bir qrup şəxs polis əməkdaşlarına atəş açıb. Polislərdən 5-i ölüb, 11-i yaralanıb.

    Aksiyalar iki qaradərilinin polis tərəfindən öldürülməsinə etiraz olaraq keçirilir. İyulun 6-da Minnesota ştatında sənəd yoxlamaq məqsədilə avtomobili saxlayan polis əməkdaşı sükan arxasındakı 32 yaşlı qaradərili Filando Kastilə atəş açaraq öldürüb. İnsident zamanı sürücünün uşağı və rəfiqəsi də avtomobildə olub.

    Analoji hadisə Luiziana ştatında da baş verib. Burada asayiş keşikçiləri qaradərili Alton Sterlinqə atəş açaraq öldürüblər. İnsident Baton Ruj şəhərində iyulun 5-nə keçən gecə baş verib.

    Bu hadisənin də əks olunduğu video sosial şəbəkələrdə yayılıb.

    Bunun ardınca iğtişaşlar başlayıb.(oxu.az)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.