Qafqaz Universitetinin rektoru sabah vəzifəsindən azad olunacaq - YENİLƏNDİ » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Qafqaz Universitetinin rektoru sabah vəzifəsindən azad olunacaq - YENİLƏNDİ
    

    Qafqaz Universitetinin rektoru sabah vəzifəsindən azad olunacaq - YENİLƏNDİ

    20-07-2016, 23:34
    Oxunub: 352
    Şərhlər: 0
    Çap versiyası
     Qafqaz Universitetinin rektoru sabah vəzifəsindən azad olunacaq - YENİLƏNDİ
    “Sabah Qafqaz Universitetinin kampusunda təhvil-təslim işləri həyata keçiriləcək”. Bunu APA-ya açıqlamasında Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov deyib.

    Rektor bildirib ki, Qafqaz Universitetində təhsil sistemi əvvəlki qaydada saxlanılacaq: “Bütün ixtisaslar, abituriyentlərin qəbulu olduğu kimi qalacaq. Qafqaz Universiteti əvvəl necə fəaliyyət göstəribsə, bu gündən sonra da elə fəaliyyət göstərəcək. Sadəcə olaraq, Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında fəaliyyətini davam etdirəcək. Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında daha da inkişaf edəcək”.

    E.Qasımov əlavə edib ki, tədris Qafqaz Universitetinin kampusunda davam etdiriləcək.

    BANM rektoru onu da qeyd edib ki, sabah Qafqaz Universitetinin rektoru Əhməd Saniç vəzifəsindən azad olunacaq.

    Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib.


    ****

    Beynəlxalq Təhsil Mərkəzinin bu gün keçirilən iclasında təsisçisi olduğu Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməsi barədə qərar qəbul edilib.

    Mərkəzdən “Report”a verilən məlumata görə, qəbul edilən qərar universitetinin idarəçiliyinin effektivliyini artırmaq məqsədi daşıyır. Elmar Qasımov Bakı Ali Neft Məktəbi ilə yanaşı, müvəqqəti olaraq Qafqaz Universitetinin də idarəçiliyinə rəhbərlik edəcək.

    “Qafqaz Universiteti kifayət qədər reytinqi olan bir ali təhsil müəssisəsidir və fəaliyyətini davam etdirəcək. Ali təhsil müəssisəsinin pedaqoji heyəti fəaliyyətini, tələbələr isə təhsillərini davam etdirəcəklər”, - mərkəzdən bildiriblər.

    Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.