• Rus Dili
  • Reklam
    » » “Referendum aktını Türkiyə hadisələrinə bağlamaq olmaz” - Şərh
    

    “Referendum aktını Türkiyə hadisələrinə bağlamaq olmaz” - Şərh

    23-07-2016, 15:07
    Oxunub: 393
    Şərhlər: 0
    Çap versiyası
    “Referendum aktını Türkiyə hadisələrinə bağlamaq olmaz” - Şərh

    “Bu cür siyasi lahiyə bir- iki günə baş verən hadisə ilə bağlı gündəmə gələ bilməz. Düzdür, ola bilsin hansısa maddə və ya müddəalar Türkiyədə baş verən son olaylara görə ortaya çıxıb.
    Məsələn, digər ordu birliklərinin yaradılması ilə bağlı əlavələr və s. qeyd etmək olar. Ancaq referendumla bağlı qanun layihəsinin dəyişdirilməsini Türkiyədə baş verən son hadisələrlə bağlamaq olmaz”.


    Bu sözləri Politika.Az-a “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzin rəhbəri Əhəd Məmmədli Türkiyədə hərbi çevrilişə cəhdin referendum aktı layihəsinə təsiri ilə bağlı danışarkən deyib.

    Siyasi ekspertin sözlərinə görə, 2009-cu ildə referendum keçiriləndə müxalifətin ən sönük, zəif və durğun dövrü idi: “Tarix bu dəfə də yenidən təkrarlanır. Real mənzərə ondan ibarətdir ki, yenə də müxalifətin tam zəif, pərakəndə vaxtında referendum aktı layihəsi Konstitusiya Məhkəməsinə təqdim olunub.
    Ümumilikdə, bu layihənin reallaşmasının Azərbaycan demokratiyası üçün yaxşı perspektiv vəd edəcəyini görmürəm. Eyni zamanda beynəlxalq arenada da müsbət qarşılanacağı gözlənilmir. Hər halda irəli doğru atılan təşəbbüs deyil”.

    Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncam imzalayıb.

    Dəyişikliklərə əsasən dövlət başçısı Milli Məclisi buraxmaq səlahiyyətinə də malik olacaq, prezident seçilməklə bağlı 35, deputat seçilməklə bağlı 25 yaş məhdudiyyəti aradan qaldırılacaq, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq, baş nazir postu ləğv ediləcək, əvəzinə birinci vitse-prezident və vitse-prezidentlər təyin olunacaq.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.