• Rus Dili
  • Reklam
    » » “Texnikabank” müflis elan edilib, iflas proseduru başladı
    

    “Texnikabank” müflis elan edilib, iflas proseduru başladı

    10-02-2016, 16:18
    Oxunub: 433
    Şərhlər: 0
    Çap versiyası
    “Texnikabank” müflis elan edilib, iflas proseduru başladı
    1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2-1 (81)-1541/20160 qərarı ilə "Texnikabank" ASC müflis elan edilmiş və iflas prosedurunu başlanılıb.

    Bankdan Musavat.com-a verilən məlumata görə, “M.M.M. Perfekt Konsaltinq” MMC ləğvedici təyin edilib. Qərar dərhal icraya yönəldilib.

    "Banklar haqqında" qanunun 72-ci maddəsinə əsasən ləğvedici bildirir:

    - bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur;

    - banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır;

    - bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür;

    - qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir;

    - bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır;скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.