İsmayıllıda “BMW” aşıb, ölən və xəsarət alan var » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » İsmayıllıda “BMW” aşıb, ölən və xəsarət alan var
    

    İsmayıllıda “BMW” aşıb, ölən və xəsarət alan var

    31-07-2016, 15:04
    Oxunub: 339
    Şərhlər: 0
    Çap versiyası
     İsmayıllıda “BMW” aşıb, ölən və xəsarət alan var
    İsmayıllı rayonu ərazisində bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

    APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 9:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun İsmayıllının Külüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    “BMW” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Quliyeva Məryəm Əziz qızı dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 1998-ci il təvəllüdlü Hüseynova Nəzrin Nazim qızı İsmayıllı rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

    Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.