• Rus Dili
  • Reklam
    » » Erməni MTX əməliyyat keçirdi: 15 günlük oyun bitdi
    

    Erməni MTX əməliyyat keçirdi: 15 günlük oyun bitdi

    31-07-2016, 22:18
    Oxunub: 296
    Şərhlər: 0
    Çap versiyası
    Erməni MTX əməliyyat keçirdi: 15 günlük oyun bitdi
    Ermənistan Milli Təhlükəsizlik Xidməti 15 gündür polis binasını əldə saxlayan “Sasna çrer” silahlı qrupuna qarşı əməliyyat həyata keçirib.

    Axar.az xəbər verir ki, Ermənistan MTX yaydığı açıqlamada 30 və 31 iyul tarixlərində terrorçulara qarşı əməliyyat təşkil edildiyini və az öncə əməliyyatın başa çatdığını bildirib.

    Verilən məlumatda 20 terrorçunun ələ keçirildiyi və polis binasının tam azad edildiyi vurğulanır.

    Qeyd edək ki, iyulun 17-də “Sasna çrer” silahlı qruplaşması Erebuni rayonundakı PPX binasını ələ keçirib. Serj Sərkisyanın istefasını və həbsdə olan müxalif lider Səfilyanın azadlığını tələb edən silahlı qruplaşma iyulun 23-də bütün girovları azadlığa buraxıb. Daha sonra girov götürülən təcili yardımın 4 həkimi də ötən gün azad edilib.

    Əhali silahlı qruplaşmaya fəal dəstək verib. Etirazçılarla polis arasındakı toqquşmada 165 nəfərin yaralandığı, 100-ə qədər şəxsin həbs edildiyi bildirilir.

    Həmçinin polis silahlı qruplaşmaya qarşı da bir neçə dəfə silahdan istifadə edib. Nəticədə bir neçə silahlı ayağından və sinəsindən yaralanıb. Bir polisin isə ötən gün silahlıların açdığı atəş nəticəsində öldüyü vurğulanır.

    Az öncə “Sasna çrer” qrupunun üzvləri təslim olmaq barədə qərar verdiklərini media vasitəsilə bəyan etmişdilər.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.