• Rus Dili
  • Reklam
    » » Azərbaycanda dörd bal gücündə zəlzələ olub
    

    Azərbaycanda dörd bal gücündə zəlzələ olub

    1-08-2016, 10:02
    Oxunub: 433
    Şərhlər: 0
    Çap versiyası
     Azərbaycanda dörd bal gücündə zəlzələ olub
    Bu gün Azərbaycanın İmişli rayonunda zəlzələ qeydə alınıb.

    "Report"un Qərb bürosunun məlumatına görə, təxminən 25-30 saniyə davam edən yer silkənməsi zamanı bəzi evlərdə ev əşyaları yerə düşərək sınıb.

    Binalarda hər hansı bir fəsadın olub-olmaması barədə hələ məlumat verilməyib.
    Zəlzələ Gəncə, Bərdə, Ağcabədi, Beyləqan və digər ətraf rayonlarda da hiss olunub.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 08:46-da İmişlidə qeydə alınıb.
    Zəlzələnin maqnitudası 5.6, dərinliyi 19 km olub. Zəlzələ ətraf rayonlarda 4 bala qədər hiss olunub.

    İlkin məlumatlara görə, zəlzələ zamanı İmişlidə bəzi evlərdə çatlar əmələ gəlib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.