• Rus Dili
  • Reklam
    » » "Yeni Müsavat"ın əməkdaşları Müsavat Partiyasından istefa verdilər
    

    "Yeni Müsavat"ın əməkdaşları Müsavat Partiyasından istefa verdilər

    2-08-2016, 23:01
    Oxunub: 349
    Şərhlər: 0
    Çap versiyası
    "Yeni Müsavat"ın əməkdaşları Müsavat Partiyasından istefa verdilər

    Müsavat Partiyasının başqanı Arif Hacılının “Yeni Müsavat” qəzeti və baş redaktoru Rauf Arifoğlu barədə söylədiyi fikirlərdən sonra üç nəfər partiyanın sıralarını tərk edib.

    Avropa.info xəbər verir ki, "Yeni Müsavat" qəzetinin baş direktoru Ələsgər Süleymanov,yazar Elşad Paşasoy, Rauf Arifoğlunun qardaşı, qəzetin şef-redaktoru Azər Ayxan partiyadan istefa veriblər.

    Qeyd edək ki, Müsavat başqanı Arif Hacılı jurnalist Əvəz Zeynallının “Qaynar Qazan” layihəsinə danışarkən, “Yeni Müsavat” qəzeti və onun təsisçisi Rauf Arifoğlu haqqında suallara da cavab verib, bu da əks tərəfin kəskin reaksiyasına səbəb olub. Bundan sonra Rauf Arifoğlu Müsavat başqanı Arif Hacılıya 'Mən sizinlə bağlı gözləntilərimə təslim olmuşam' adlı yazıda cavab yazıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.