• Rus Dili
  • Reklam
    » » "Ya vizasız rejim verərsiniz ya da bütün razılaşmaları bir kənara qoyarıq" - Çavuşoğlu
    

    "Ya vizasız rejim verərsiniz ya da bütün razılaşmaları bir kənara qoyarıq" - Çavuşoğlu

    15-08-2016, 18:01
    Oxunub: 295
    Şərhlər: 0
    Çap versiyası
    "Ya vizasız rejim verərsiniz ya da bütün razılaşmaları bir kənara qoyarıq" - Çavuşoğlu
    Yaxın aylarda Avropa Birliyi türk vətəndaşlarına qarşı viza rejimini ləğv etməsə, qaçqınlarla bağlı müqavilənin reallaşdırılması təhlükə altına düşəcək.

    Avropa.info xəbər verir ki, bu açıqlama ilə “Bild” qəzetində Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu çıxış edib

    “Bizim AB ilə müqaviləmiz var. Müqavilədə deyilir ki, oktyabr ayında Türkiyə ilə vizasız rejimə keçiləcək. Ya tərəflər bütün şərtləri yerinə yetirərlər, ya da biz bütün bu razılaşmaları bir kənara qoyarıq” – qəzet Çavuşoludan bu sitatı gətirib.

    Çavuşoğlu qeyd edib ki, müqaviləyə əsasən Ankaraya vəd edilmiş 3 milyard avro Türkiyənin özü üçün yox, qaçqınlar üçün nəzərdə tutulub. Nazir Avropa Birliyinə üzvlük üçün Türkiyənin əlindən gələn hər şeyi etdiyini bildirib, ancaq ölkəsi cavab olaraq yalnız təhdid və təhqirlər eşidib.

    Qeyd edək ki, 9 avqustda Türkiyənin AB işləri üzrə naziri Ömər Çelik demişdi ki, əgər AB Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi tarixini açıqlamasa, Ankara miqrasiya ilə bağlı öhdəliklərini yerinə yetirmək prosesini dayandıracaq.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.