Reklam
» » Türkiyə “ağır artilleriyasını” ABŞ-a göndərir


Türkiyə “ağır artilleriyasını” ABŞ-a göndərir

16-08-2016, 20:59
Oxunub: 138
Şərhlər: 0
Çap versiyası
Türkiyə “ağır artilleriyasını” ABŞ-a göndərir

Türkiyə Xarici İşlər Nazirliyi ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə yeni diplomat təyin edib.

Axar.az xəbər verir ki, Ankara BMT Türkiyə XİN rəhbərinin müavini Feridun Sinirlioğlunu göndərib. 2012-ci ildən bu yana Türkiyənin BMT-dəki nümayəndəsi olan Yaşar Xalid Çevik isə Yunanıstan səfir təyin edilib. Bundan başqa, Ankara Polşaya Tahsin Uqdulu, Birləşmiş Ərəb Əmirliklərinə isə Can Dizdarı səfir göndərib.

Qeyd edək ki, 15 iyuldan sonra Türkiyə XİN-in onlarla əməkdaşı FETÖ terror təşkilatı ilə əlaqədə olduğuna görə işindən uzaqlaşdırılıb.

Sinirlioğlu uzun illər Türkiyə Xarici İşlər Nazirliyində fəaliyyət göstərib. O, 1992-1996-cı illərdə də Türkiyənin BMT-dəki daimi nümayəndəsi olub. Qərbdə kifayət qədər nüfuza sahib olan Sinirlioğlu Türkiyənin Yaxın Şərq siyasətində də əsas fiqurlardan hesab edilir. O, həm də İsraillə münasibətlərin düzəldilməsi üçün başladılan gizli görüşlərdə Türkiyə nümayəndə heyətinin rəhbəri olub.скачать dle 10.6фильмы бесплатно
<
Məqalənin reytinqi:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.