• Rus Dili
  • Reklam
    » » Türkiyənin Cerablusdan sonrakı hədəfi – Əl Bab
    

    Türkiyənin Cerablusdan sonrakı hədəfi – Əl Bab

    26-08-2016, 22:08
    Oxunub: 255
    Şərhlər: 0
    Çap versiyası
     Türkiyənin Cerablusdan sonrakı hədəfi – Əl BabTürkiyənin böyük dəstəyi ilə Cerablusun terrorçulardan təmizlənməsindən sonra Azad Suriya Ordusu Əl Bab bölgəsinə doğru irəliləmək barədə qərar qəbul edib.

    Axar.az dirilispostasi.com-a istinadən xəbər verir ki, qaynar bölgədən yazan azərbaycanlı jurnalist Furkan Azəri əməliyyatların gedişi barədə mühüm detallara toxunub.

    Yazıda müxalif silahlı birləşmələrin Əl Bab bölgəsinin azad edilməsi üçün ciddi hazırlıq gördüyü qeyd olunub:

    “Türkiyə iki ildir o bölgədə həm İŞİD, həm də PKK-nın möhkəmlənməsini istəmir, lazımi bütün addımları atacağını prezident və baş nazir səviyyəsində elan edib. Əməliyyatlar davam edəcək”.

    PKK dəhlizi

    Türkiyə sərhədinin İŞİD və PKK kimi terror təşkilatlarından təmizlənməsi və Suriyanın bölünməsinin qarşısının alınması baxımından ən önəmli nöqtələrdən biri də Əl Babdır. Bu bölgə eynilə Cerablus kimi, PKK-nın dəhliz yaratmaq üçün işğal etmək istədiyi strateji bir nöqtədir. Əl Bab PKK-nın əlinə keçərsə, Menbic-Bab, PKK-nın qurmağı xəyal etdiyi dəhlizin qərb tərəfində yerləşən Afrin ilə birləşmiş olacaq.

    İŞİD-in Əl Bab hazırlığı

    Hərbi taktikanın tərkib hissəsi olaraq Əl Bab bölgəsinə geri çəkilən, yəni qüvvə toplayıb yenidən hücuma keçmək üçün hazırlıq görən İŞİD-in bölgədə xəndəklər qazaraq təchizat topladığı öyrənilib. Azad Suriya Ordusu komandirlərinin məlumatına görə, İŞİD bölgəni PKK-ya təhvil vermək üçün hazırlıq görür. Komandirlər “Suriya torpalqarını nə PKK, nə də İŞİD-ə təslim edəcəyik. Əl-Bab bölgəsini terrorçulardan azad edəcəyik”, - deyiblər.

    İŞİD və PKK-nın ortaq bölgəsi

    Əl Bab tam ortada, bütün yolların qovşağında yerləşir. Bura həm Əsəd, həm də İŞİD-in əsas hədəf seçdiyi bir bölgədir. İŞİD-lə savaşdığını iddia edən Əsəd qruplaşmaları illərdir o bölgədə İŞİD ilə ticarət də daxil olmaqla, bir sıra sahələrdə əməkdaşlıq edir.

    Türkiyə davam etsə, qələbə yaxındadır

    Azad Suriya Ordusu komandirləri Türkiyənin dəstəyi davam edərsə, əməliyyatların Hələbə qədər davam edə biləcəyini və qısa müddətdə bölgənin İŞİD-dən təmizlənəcəyini bildiriblər. Türkiyə dəstəyinin bölgədə böyük ruh yüksəkliyi yaratdığını deyən komandirlər deyib: “Türkiyə bizə dəstək verərsə, İŞİD və PKK təmizlənər. Çünki iki təşkilat, əslində, eynidir və bir-birini dəstəkləyir. Dəstək gəldiyi müddətdə Türkiyə sərhədində PKK çökəcək”.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.