• Rus Dili
  • Reklam
    » » Türkiyənin Azərbaycandakı səfirliyi Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edib
    

    Türkiyənin Azərbaycandakı səfirliyi Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edib

    1-09-2016, 22:10
    Oxunub: 213
    Şərhlər: 0
    Çap versiyası
    Türkiyənin Azərbaycandakı səfirliyi Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edib
    Türkiyə Respublikasının Zəfər bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə sentyabrın 1-də qardaş ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul təşkil olunub.
    "Report" xəbər verir ki, qəbulda səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, iş adamları, xarici ölkələrin Bakıdakı səfirləri və KİV təmsilçiləri iştirak ediblər.
    Rəsmi qəbul Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
    Səfirliyin müşaviri xanım Meral Barlas Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi altında 1922-ci il avqustun 30-da tarixi zəfərə imza atdığını bildirib, bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib.
    Tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə təbrik nitqinin mətni oxunub.
    Sonra tədbir ziyafətlə davam edib.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.