• Rus Dili
  • Reklam
    » » İstehsalçı 'Galaxy Note 7' smartfonlarının satışını dayandırıb
    

    İstehsalçı 'Galaxy Note 7' smartfonlarının satışını dayandırıb

    1-09-2016, 23:10
    Oxunub: 499
    Şərhlər: 0
    Çap versiyası
     İstehsalçı 'Galaxy Note 7' smartfonlarının satışını dayandırıb“Samsung” şirkəti istehsal etdiyi “Galaxy Note 7” smartfonunun tədarükünü qeyri-müəyyən müddətə təxirə salıb.

    “Report”un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu, həmin qurğunun əlavə keyfiyyət sınaq testlərinin aparılması zərurəti ilə bağlıdır. Belə ki, son vaxtlar smartfondakı batareyaların telefon sahiblərinin əlində partlaması hallarına rast gəlinir.

    Cənubi Koreyanın “Yonhap” agentliyinin bildirdiyinə görə isə, “Samsung” məhsulun tədarükünü batareyaların partlamasına görə təxirə salmayıb. Ümumiyyətlə, məhsulun bazara çıxarılmasını dayandırıb. Son günlər “Baidu” sosial xidmətinin 5 istifadəçisi “Samsung” smartfonunun partlaması və batareyasının alışması ilə bağlı şikayət ediblər.

    Qeyd edək ki, bəzi hallarda sözügedən smartfonlar onlara orijinal olmayan batareya adaptoru qoşulduğu üçün yanıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.