• Rus Dili
  • Reklam
    » » Lənkəran sakini Bakıda güllələnib
    

    Lənkəran sakini Bakıda güllələnib

    12-09-2016, 04:30
    Oxunub: 211
    Şərhlər: 0
    Çap versiyası
    Lənkəran sakini Bakıda güllələnib
    Lənkəran sakini Bakıda güllələnib.

    Daxili İşlər Nazirliyi xəbər verir ki,Bakı şəhər sakini Vidadi Quliyev öz evində gözətçi kimi fəaliyyət göstərən Lənkəran şəhər sakini Elşad Kazımovu güllələyib. E.Kazımov xəstəxanaya yerləşdirilib.

    Hadisə yerinə baxış zamanı, oradan “Makarov” markalı tapança, patron darağı, 2 ədəd patron və 4 ədəd giliz aşkar edilərək götürülüb.

    “Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hər iki şəxs sərxoş vəziyyətdə olub. Onlar bir-birini nalayiq ifadələrlə təhqir edib. Aralarında yaranmış mübahisə zamanı ev sahibi gözətçiyə, yəni E.Kazımova evində olan “Makarov” markalı tapança ilə atəş açıb.

    Əl və qarın nahiyəsindən xəsarət alan E.Kazımov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan “Report”a verilən məlumata görə, E.Kazımov əməliyyat edilib. O, reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti kafidir.

    Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Quliyev tutulub.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.