DataLife Engine > Xeberlenti / Sosial / Ölkə > Əminə Musayeva SpaceTV-də yayımlanan reportajla bağlı açıqlama verdi

Əminə Musayeva SpaceTV-də yayımlanan reportajla bağlı açıqlama verdi


19-01-2018, 11:03. Разместил: agxebere Əminə Musayeva SpaceTV-də yayımlanan reportajla bağlı açıqlama verdi

Son günlər Space tv – də Siyəzən şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın IX sinif şagirdi Mehman İsmayılovun telekanala müraciətinə əsasən ana xəbər bülletenində sözügedən məktəblə bağlı qərəzli məlumatlar yayılmaqdadır. Reaksiya.az məsələ ilə bağlı Siyəzən şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın direktoru Əminə Musayeva ilə əlaqə saxladı. Ə.Musayeva bildirdi ki, Siyəzən şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın IX sinif şagirdi, 13 sentyabr 2002 – ci ildə Azərbaycan Respublikası Şabran rayonundan anadan olan M. İsmayılov problemli, uğursuz ailədən gələn heç bir çərçivələrə uymayan bir uşaqdır: “Mehman Rəhman oğlu İsmayılov 2009 – 2010 – cu tədris ilində gimnaziyanın 2 – ci sinfinə qəbul olunub. Daxil olduğu ilk gündən etibarən M.İsmayılov özünü nadinc, dalaşqan bir şagird kimi göstərib. Onun valideyni (anası) dəfələrlə məktəbə dəvət edilsə də, anası onunla bacarmadığını bildirib. Yuxarı siniflərə keçdikcə, Mehman özünü mənfi yönləri ilə tanıdıb, dərslərdə iştirak etməyib, dəhlizdə gəzərək dərsləri pozub, dava salıb, özündən kiçik yaşlı şagirdlərə qarşı zor tətbiq edib. Qeyd etmək yerinə düşər ki, Mehman İsmayılovun atası – İsmayılov Rəhman Süleyman oğlu boşandıqdan sonra alimment ödəmədiyinə görə keçmiş həyat yoldaşı Səttarova Gülsənəm Naci qızının şikayəti əsasında həbs edilib. Ana Gülsənəm Səttarova ikinci dəfə qeyri – qanuni ailə həyatı qurduğuna görə bu hadisə Mehman İsmayılovun psixikasına mənfi təsir göstərib. Məhz bu hadisədən sonra M.İsmayılov daha aqressivləşib və tez – tez məktəbdən qaçmağa başlayıb. Belə ki, dəfələrlə onun qaçdığı yerlər hüquq – mühafizə orqanları tərəfindən müəyyən edilib və məktəbin müəllim kollektivinin iştirakı ilə onun tapıldığı ünvandan təhsil müəssisəsinə gətirilməsi təmin edilib. Gimnaziyada mühafizə sisteminin mövcud olmadığı müddətdə məktəbdən yayınma halları mütəmadiləşən M.İsmayılovun əməllərinə misal kimi 8 yanvar 2016 – cı il tarixində onun Qaradağ rayon polis şöbəsinin əməkdaşları saxlanılaraq bölməyə aparıldığını göstərə bilərik. Məhz Qaradağ RPİ – nin 10 – cu PB – nin əməkdaşlarının çağırışı əsasında məktəbin direktoru kimi mən və məktəbin müəllimi Eynal Zeynalovla birlikdə qeyd olunan ünvana gedilib və M. İsmayılov məktəbə qaytarılıb. Siyəzən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova, rayon icra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Həsənağa Əliyev, Siyəzən RPŞ – nin uşaq inspektoru Fərahim Qasımovla birlikdə M.İsmayılovun anasının da iştirakı dəfələrlə onunla proflaktik söhbətlər aparılıb. Lakin buna baxmayaraq, Mehman öz əməllərindən əl çəkməyib. Məktəb müəllim kollektivi də çağrılan iclas və pedaqoji şuralarda onun bu əməlləri pisləyib, bununla bağlı tədbiir görülməsini istəyiblər. 14 noyabr 2016 – cı il tarixində Mehman İsmayılov anası Gülsənəm Səttarovanın təkidi ilə məktəbi qanunsuz şəkildə tərk edərək Azad Azərbaycan Teleradio Şirkətinin “Bizimləsən” verilişində iştirak etmək üçün gedib. Məktəbli olduğu nəzərə alınaraq televiziya rəhbərli televiziya rəhbərliyi tərəfindən M. İsmayılov Bakı şəhərində yerləşən “Ümid yeri” sığınacaq yerinə təhvil verilib. 15 noyabr 2016 – cı il tarixində mənim tərəfindən adı çəkilən müəssisədən alınaraq məktəbə gətirilib. Bir gün sonra isə M. İsgəndərov məktəbin ayaqyolundakı pəncərəsindən qaçaraq Şabrana gedib. Daha sonra biz onun dalınca Şabran rayonunda qeydiyyatda olduğu ünvana getdik. Həmin vaxt bizi rayon icra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Təhminə Yarəliyeva, məsləhətçi – psixoloq Tariyel Məhərrəmov müşayiət edirdi. Bu zaman anası qapıya çıxaraq bizi təhqir etdi və qapıdan qovdu. Biz həmin hadisədən dərhal sonra Şabran rayon Polis Şöbəsinə gəldik və şöbə rəisi, polis polkovniki Əli Mərdanovun qəbulunda olduq. Əli müəllim onun anası və atalığını şöbəyə dəvət etdi və onlarla fərdi söhbət apardı. Qeyd edim ki, bu fərdi söhbətdən sonra Mehmanın hərəkətlərində bir qədər dönüş əmələ gəldi. Bir məqamı qeyd etmək yerinə düşər ki, əslində Mehman İsmayılovun bu vəziyyətə gəlməsinə əsas səbəblərdən biri də elə Gülsənəm Səttarovanın özüdür. Mehman anasının vətəndaş nikahında yaşamasını qəbul edə bilmir. Anası dəfələrlə Mehmanı özü ilə birlikdə yaşadıqları Şabran rayonunun müvafiq icra strukturlarına aparıb və onu dələduzluğa təhrik edib”. Məktəb direktoru bildirib ki, hal – hazırda vəziyyətin daha da dözülməz hal alıb:. “Yeni tədris ilinin başlamasından bir ay sonra məktəbdə yaranan güclü mühafizə sistemindən qaça bilmədiyini görən Mehman müəllimləri və bütövlükdə kollektivi özünü ikinci mərtəbədən atacağı ilə hədələyib. O, psixoloqun və müəllimlərin onunla apardığı fərdi söhbətlər zamanı həyatından bezdiyini dəfələrlə qeyd edərək “mən belə həyatı yaşamaq istəmirəm” – deyib. 17 oktyabr 2017 – ci il tarixində 9 – cu sinifdə riyaziyyat dərsi tədris olunarkən dəhlizə çıxaraq orda səs – küy törədərək dərsin gedişinə mane olub. Mehmandan sinifə keçməsini istəyəndə isə o, özünü ikinci mərtəbədən atmaq istəyib. Bu zaman köməyə gələn mühafizə xidməti onun özünü atmasına mane olub”. Axırıncı anoloji hal barəsində müxbirimizin sualını cavablandıran məktəb direktoru qeyd etdi ki, anası ilə aralarında yaranan sonuncu narazılıqdan sonra M.İsmayılov 15 yanvar 2017 – ci il tarixdə məktəbə getmək adı ilə evdən çıxaraq Space Müstəqil Teleradio Şirkətinə gedib: “Orda məktəbin ünvanına böhtanlar səsləndirən M. İsmayılov hüquqlarının pozulduğunu iddia edərək məktəb rəhbərliyindən şikayətçi olduğunu bildirib. Hansı hüquqlarının pozulmasından söhbət gedə bilər ki, Mehman İsmayılov özü məktəbdəki bütün kollektivin rahatlığını və dincliyini pozur. Siyəzən və Şabran rayonlarının bütün əlaqədar qurumlar da şahiddir ki, İsmayılov Mehman Rəhman oğlu islaholunmaz şagirddir. Hal – hazırda onunla əlaqəli müvafiq araşdırılma aparılsa da, bu gün Space Müstəqil Teleradio Şirkətinin xəbərlər proqramında haqsız olaraq qınağa çəkilməyim məni – 48 illik pedaqoji staja malik ağsaçlı müəlliməni açıq – aşkar rəncidə etdi. Çünki mən ömrüm boyu şagiirdlərin təlim – tərbiyəsi ilə məşğul olmuş, uşaq birliyinin rəhbərindən məktəb direktorluğuna kimi şərəfli müəllim yolu keçmişəm. İndi isə çətin tərbiyə olunan şagird – Mehman İsmayılov ucbatında adım qınaq obyektinə çevrilib, məktəb kollektivi və mən açıq – aşkar böhtana məruz qalmışıq. Siyəzən rayon Polis şöbəsində qeydiyyatda olan Mehman İsmayılov haqqında dünən bildirdiyim fikri bu gün gündəmə gətirən “Space” telekanalının əməkdaşları görəsən düşünmürlərmi ki, bu hərəkətləri ilə müəllimin şərəf və ləyaqətini ayaqlar altına atırlar?! Bütün əlaqədar qurumlar onsuz da bilirlər ki, M.İsmayılov bu oğurluq əməlini yay tətilində törədib. Yay tətilində məktəb tətildə olduğu üçün uşaqların məsuliyyəti də valideynlərin üzərində olur. Bunu bilə - bilə görəsən hansı haqla onlar məni pedaqoji yarıtmazlıqda günahlandırırlar?! İlk başda bu prosesin sadəcə M.ismayılovun uşaq şıltaqlığı hiss edirdimsə, artıq bu günkü sujetdən sonra bunun heç də belə olmadığını düşünməyə başladım. Sizcə mən haqsızammı?” - deyə Əminə Musayeva bildirdi.



скачать dle 10.6фильмы бесплатно
Вернуться назад