DataLife Engine > Xeberlenti / Dunya > Ərdoğan: "Afrin şəhəri tam nəzarətə götürülüb"

Ərdoğan: "Afrin şəhəri tam nəzarətə götürülüb"


18-03-2018, 14:23. Разместил: Cavid Ərdoğan: "Afrin şəhəri tam nəzarətə götürülüb""Afrin şəhər mərkəzi bu gün saat 08.30 radələrində Türkiyə ordusunun dəstəyi ilə müxalif Azad Suriya Ordusu tərəfindən tam nəzarətə götürülüb".

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R. T. Ərdoğan PPK terror təşkilatının Suriya qolu PYD/YPG terrorçularının şəhərdən qaçdıqlarını bildirib.

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG terrorçularından təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb.

***

Afrin şəhər mərkəzi Türkiyə ordusunun dəstəyi ilə Azad Suriya Ordusu tərəfindən bu gün 08:30-da tam nəzarət altına alınıb.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Onun sözlərinə görə, hazırda şəhər mərkəzində Türkiyə və ASO bayraqları dalğalanır:

"Afrin əməliyyatını başdan bu yana dəstəkləyən millətimə təşəkkür edirəm. Türkiyə yenə də haqlının, məzlumun yanında olduğunu dünyaya göstərdi. 140 min insan Cerablusa geri qayıtdı. İndi də Afrindən olan qardaşlarımız geri qayıdacaqlar. Bölgənin inkişafı üçün hər şeyi edəcəyik. Yerli xalqına öz evlərinə sahib olması üçün gərəkən hər addımı atacağıq".
скачать dle 10.6фильмы бесплатно
Вернуться назад