DataLife Engine > Xeberlenti / Sosial / Ölkə > Samuxda güclü yanğın: FHN hadisə yerinə təyyarə və helikopter göndərib

Samuxda güclü yanğın: FHN hadisə yerinə təyyarə və helikopter göndərib


8-07-2018, 15:01. Разместил: agxebere Samuxda güclü yanğın: FHN hadisə yerinə təyyarə və helikopter göndərib
Samux rayonunda bataqlıq ərazisində yanğın baş verib.

FHN-in verdiyi məlumata görə, rayonun Burunqovaq kəndi yaxınlığındakı qamışlıq olan geniş və keçilməz (bataqlıq) ərazidə yanğın baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb olunub. Bir istiqamətdə yanğının qarşısı alınıb.

Yanan sahənin bir hissəsinin bataqlıq olması səbəbindən yanğınsöndürənlərin və texnikanın əraziyə yaxınlaşması mümkün olmayıb.
Yanğının yaxınlıqdakı meşə zolağına keçmə bilməsi təhlükəsi nəzərə aınaraq Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

musavat.comскачать dle 10.6фильмы бесплатно
Вернуться назад