DataLife Engine > Xeberlenti / Siyasət / Ölkə / manshet > AĞ Partiya başqanı Tural Abbaslı: "İstək" lisseyləri Türkiyənin Maarif Vəqfinə verilsin"

AĞ Partiya başqanı Tural Abbaslı: "İstək" lisseyləri Türkiyənin Maarif Vəqfinə verilsin"


9-07-2018, 15:37. Разместил: agxebere AĞ Partiya başqanı Tural Abbaslı:  "İstək" lisseyləri Türkiyənin Maarif Vəqfinə verilsin"
AĞ Partiya başqanı Tural Abbaslı öz "fasebook" səhifəsində "İstək liseylərinin" bağlanması haqqında yazdı : Məlum olduğu kimi bu günlərdə "Çağ öyrətimin" varisi sayılan "İstək liseyləri" təsisçisinin özünün Təhsil Nazirliyinə müraciəti əsasında fəaliyyətini dayandırdı. Heç kimə sirr deyil ki, bu hadisə Azərbaycan hakimiyyətinin müdaxiləsiylə və təzyiqiylə baş tutub. Liseylərin təsisçisi də olduqları vəziyyətin ağırlığını və "oyun" şərtlərini yaxşı anladığı üçün cəmiyyət qarşısına çıxıb narazılıq bildirmir. Çünki, bu liseylərin hələ də Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhd etmiş qüvvənin təsirində olduğu barədə ciddi şübhələr vardı. Ancaq, şagirdlərin valideynlərinin saf hisslərindən istifadə edərək saman altından lokal "valideyn etirazları" təşkil etməyə çalışırlar.Əslində Türkiyə və Azərbaycan münasibətlərinin daha da inkişafı üçün bu addım labüd idi və yaxşı ki, də zamanında atıldı.
Ancaq, burada məsələnin ikinci tərəfi də var. "İstək liseylərinin" Azərbaycanda 12 filialı və 2000-ə yaxın şagirdi var idi. İndi dövlət bu şagirdlərin və onların ailələrinin talelərinə biganə qalmamalıdır. Belə ki, bağlanmış liseylərdə təhsil alan şagirdlərin valideynlərinin narahatlığı və əndişəsi anlaşılandır. Onlar övladlarının gələcək təhsil və tərbiyəsindən narahatdırlar. Hər birimiz Azərbaycan təhsil sisteminin nə dərəcədə bərbad olduğunun şahidiyik. İndi bu məktəblərdə təhsil alan şagirdlərə həminki səviyyədə təhsil təqdim etmək üçün çıxış yolu tapılmalıdır. Bunun yeganə çıxış yolu Azərbaycan hökumətinin bütün "İstək liseylərini" və onların maddi bazasını Türkiyənin "Maarif vəqfinin" balansına keçirməsidir. Belə olarsa liseylərdəki təhsil səviyyəsi həminki kimi qalacaq, liseylər xəyanət ocağı olmaqdan qurtulacaq və vətənə, millətə faydalı nəsillər yetişdiriləcək. Bu həm də iki qardaş dövlət arasında qardaşlığı daha da möhkəmləndirəcək və etimad mühitini gücləndirəcək.

Agxeber.comскачать dle 10.6фильмы бесплатно
Вернуться назад