DataLife Engine > Xeberlenti / Siyasət / Dunya > SSRİ-ni dağıdan "Harvard” KİFAYƏT ETMƏDİ – Rusiyanı böləcək “Hyuston” planının DETALLARI

SSRİ-ni dağıdan "Harvard” KİFAYƏT ETMƏDİ – Rusiyanı böləcək “Hyuston” planının DETALLARI


6-08-2018, 21:54. Разместил: agxebere SSRİ-ni dağıdan "Harvard” KİFAYƏT ETMƏDİ – Rusiyanı böləcək “Hyuston” planının  DETALLARI
Məşhur Rusiya siyasətçisi, Dövlət Dumasının üzvü, Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski növbəti sensasiyalı bəyanatla çıxış edib.

Publika.az xəbər verir ki, onun iddiasına görə, Ukrayna Rusiyanın 4 şəhərinin işğalına ABŞ-dan razılıq alıb.

Dövlət Dumasının deputatının sözlərinə görə, bu plan “Hyuston” adlanır və Rusiyanın parçalanmasına hədəflənib. Jirinovski hesab edir ki, Vaşinqton daha əvvəl “Harvard” planını reallaşdıraraq SSRİ-ni dağıdıb.

“ABŞ-da iki layihə var idi: “Harvard” və “Hyuston”. Onlar “Harvard”ı həyata keçirərək SSRİ-ni 15 hissəyə parçaladılar. İndi “Hyuston” layihəsi qalıb. Bu nə layihədir? Mövcud Rusiyanı parçalanması. Tutaq ki, finlərə Kareliyanı, yaponlara Kurili, estonlara Pskov vilayətinin bir hissəsini götürməyə icazə verəcəklər. Polşa Lvovu (Ukraynanın qərb hissəsindəki vilayət - red.) götürəcək. Ukraynaya artıq hədiyyə hazırdır! Mətndə birbaşa yazılıb ki, onlara Belqorod, Kursk, Opel və Bryanskı götürməyə icazə verilir”, - Jirinovski “Rossiya 1” telekanalında “Vladimir Solovyovla bazar axşamı”proqramında bildirib.

Bundan başqa, o qəzəblənib ki, hadisələrin inkişafı “Novorossiya” layihəsinin (Ukraynanın cənubi-şərqinin qoparılmasını nəzərdə tutur – red.) həyata keçirilməsini qeyri-mümkün edir.

“Yəni, biz “Novorossiya”nı istəyirik və bizə rusca danışırlar: “Budur sizə “Novorossiya”, ruslar!”, - siyasətçi əsəbi halda qışqırıb.скачать dle 10.6фильмы бесплатно
Вернуться назад