DataLife Engine > Xeberlenti / Yazarlar / Ölkə > Maqsud Əliyev : Türkiyə yeni dövrdə

Maqsud Əliyev : Türkiyə yeni dövrdə


3-09-2018, 14:46. Разместил: agxebere Maqsud Əliyev : Türkiyə yeni dövrdə
24 iyun seçimləri Türkiyədə yeni bir dövrün başlanğıcı, bir dövründə bitməsi demək idi. Bitən dövr ilə nələr bitdi belə sıralamaq olar.
1. Hərbi Çevrilişlər dövrü bitdi.
2. Etnik və mədəni diskirminasiya dövrü bitdi.
3. Hicab zülmü dövrü bitdi.
4. Partiyaların keyfi bağlanılması dövrü bitdi.
5. Qərbdən siyasi aslılıq dövrü bitdi.

Daha geniş yanaşsaq deyə bilərik ki, Türkiyə Cümhuriyyəti tarixində dövlətə ən böyük zərəri məhz hərbiçilər vermişdir. Nə zaman ki ABŞ-ın siyasi maraqları təhlükə altına düşərdisə həmən Türk Ordusu Amerika Birləşmiş Ştatlarının yardımına yetişir və Amerikanın sevmədiyi iqtidarları devirir, saxta məhkəmələr qurularaq Amerika əleyhdarları ya edam edilir, bir qismidə siyasi qadağalarla səhnədən kənarda tutulurdu. Çünki Türkiyə Yaxın və Orta Şərqdə Osmanlı Dövlətinin elan edilməmiş varisi və qonşu xalqlarla etnik-mədəni yaxınlığı ən yüksək olan ölkə idi. Bütün bunları nəzərə aldıqda Türkiyənin daxili problemlərinin əsas qismini həll edib xaricə yönəlik hər hansı bir əsaslı siyasi xətt güdməsi Amerikanın bölgədə çox ciddi siyasi və iqtisadi zədə alması demək idi. Bütün bunları diqqətlə nəzərə aldıqda Pentaqondan idarə edilən Türk ordusunun çevriliş etməmək, millətinə və seçilmiş iqtidarına sahib çıxması qeyri-mümkün idi. Digər tərəfdən 1983-cü ildə Turqut Özalın təkbaşına iqtidar olması yeni bir oyunu dövrüyyəyə daxil olması ilə nəticələndi. Bu oyun “PKK Terroru” idi.
Gerçəkdə etnik-mədəni diskirminasiya olan bu oyunun əsas məqsədi Kürd Fəhlə partiyası adı altında ortaya çıxan və ASALA erməni terror təşkilatının davamı olan PKK terror təşkilatını gücləndirmək və ona geniş etnik-sosial baza yaratmaq idi. PKK terror təşkilatı 1977-ci ildə APOÇUlar adı ilə fəaliyyətə başlamış və əsas işləri Şərqi Anadoluda müsəlman kürdləri qətlə yetirmək olmuşdur. Qeyd edək ki, bu terror təşkilatının lideri Kürd xalqının “haqqlarını müdafiə edən” erməni Abdullah Öcalandır(öc-qisas). 1983-cü ildə isə PKK olaraq rəsmən terror aktlarına başlamış bu təşkilat eyni zamanda Türkiyə daxilində ciddi hərbiçi təqibləri ilə sakitləşməyə başlamış Sağ-Sol toqquşmasının etniklik mərhələsi ilə yeni fazaya qədəm qoymuşdu. Artıq sağçı-solçu toqquşması sakitləşmiş, onun yerinə daha vahiməli olan etnik milliyətçilik toqquşmalarına PKK-nın qətliam və terrorlarını kürd xalqının adına müxtəlif media orqanlarının vasitəsi ilə çıxması startı verilmişdi. Eyni zamanda laiklik adı altında 1990-cı illərdən başlanğıc götürən dini zülmün etnikliklə eyni zamanda daha da şiddətlənməsi Türkiyənin sürətlə bölgədən qoparmış, Türkiyə daxilində etnik və dini zəmində əmələ gələn təhlükəli gedişat nəticəsində dövlət olaraq bölünmə risqini ortadan qaldırmaq işləri ilə məşğul olurdu.
Mərkəzdə laiklik adı altında xalqa qarşı edilən mənəvi terror, Şərqi Anadoluda Kürd xalqına PKK zülmü ilə Türkiyə tarixinin ən təhlükəli bir dövrünə qədəm qoymuşdu. Kürd anlayışının “Atatürçülük” adı altında xor görülməsi, hətta bəzən yüksək elit mərtəbədən inkarı, digər tərəfdə isə “Laiklik” adı ilə hicabın qadağan edilməsi, “Allah” kəlamına qarşı şeytani qorxusu olan “Atatürkçü” ordu və “Laikçi” siyasi elita sayəsində XXI əsrədə bu problemlərin daşınması ilə nəticələndi.
2002-ci ildə Türkiyədə Milli Məclis seçimlərində qalib gələn Ədalət və İnkişaf Partiyası 2003-cü ildə bu partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğanın baş nazir olması ilə xronik problemlərə çözüm axtarışlarınında siyasi iqtidar səviyyəsinə qalxması demək idi. İlk olaraq 2001-ci ildə baş verən iqtisadi böhranın nəticələrini ortadan qaldırmağa başlayan Ərdoğan iqtidarı 2005-ci ildən xronik problemlərin də siyasi yollarla demokratik həllinə başladı ki, ilk uğurlardan biridə 2007-ci ildə prezident seçimlərində yaranan siyasi problemlərə qarşılıq Türkiyə Ordusunun Baş Qərargahı tərəfindən ordunun rəsmi internet saytından iqtidarı hədələyən bəyanata qarşılıq iqtidarın nümayiş etdirdiyi siyasi əzm və dikduruşdur. Eyni zamanda orduya daxili işlərə müdaxiləyə icazə verən “35-ci maddə” adı ilə məhşur olan bu maddənin ortadan qaldrılması hərbi çevrilişlərin hüquqi əsasını ortadan qaldırdı. Digər tərəfdən etnik-mədəni diskirminasiyanın siyasi istiqamətdə sonlandırılması bu problemin hüquqi yollarlada ortadan qaldırılması prosesini başlatdı. Bu prosesin ən yüksək zirvəsi “Çözüm Süreci” adını daşıyan və özündə “Demokratikləşmə Paketi”nin maddələrini ehtiva edən bir dövr idi. Lakin PKK terror təşkilatının bu prosesi yalnız şəhərləri silah anbarlarına çevirib, asfalt yolların altına tonlarla partlayıcı döşəmək olaraq görməsi nəticəsində prosses yarımçıq qaldı və yenidən hərbi əməliyyatlar başladı. Ancaq qeyd edək ki, illər boyu Kürd xalqına qarşı xarici qüvvələrin əli ilə həyata keçirilən mənəvi və etnik asimilyasiya prossesi tamam şəkildə sona çatdı.
Bütün bunlarla paralel olaraq on illiklər boyu həllini gözləyən “Kamuda klık, kiyafet” haqqında qanuna dəyişikliklər edildi və hicablı qadınların siyasi həyatda iştirakı, təhsil alması və dövlət orqanlarında işləmək vəs qadağaları ortadan qaldırıldı. Və uzun illər çəkərək cəmiyyəti hardasa iki qütbə bölən üç əsas xronik problem(hərbi çevriliş, etnik və mədəni diskirminasiya, geyim qadağası) ortadan qaldırıldı.
Türkiyə həm də eyni zamanda 2013-cü ildən Fətullah Gülən Camaatının terror hücumlarına məruz qaldı. 1980-ci ildən dövlət daxilinə daha aktif şəkildə sızmağa başlayan bu terror təşkilatı tarixin ən təhlükəli terror təşkilatlarından biridir. Beləki terrorun məzmun tərifini verdikdə deyə bilərik ki, terror hüquqi düzənə qarşı həyata keçirilən və insan təlafatlarına yol açan əməllərdir ki, bunu həyata keçirən təşkilatda terror təşkilatı adlanır. Lakin bu səfər məzmun fərqlidir. Çünki Fətullah Gülən Camaatı qısa adı ilə desək FƏTO yüksək dövlət vəzifələrinə sızaraq dövlətin ən gizli sirlərinə belə sahib olmuşdular ki, onlar bütün terror fəaliyyətlərini dövlətin hüquqi imtiyazı ilə həyata keçirirdilər. Bütün bunlarla yetinməyən FƏTO 2012-ci ildən müxtəlif yollarla seçilmiş iqtidar(AKP iqtidarı) və birbaşa Rəcəb Tayyib Ərdoğanla mübarizəyə başladı. Hadisələrin siyasi zirvəsi 2013-cü il 17-25 dekabırda həyata keçirilən “Rüşvət və korrupsiya” əməliyyatları birbaşa iqtidari hədəf alaraq dövləti ələ keçrilməsi cəhdi idi. Lakin bu cəhd başda Ərdoğanın qəti şəkildə dirənişi və siyasi uğurları ilə uğursuzluğa düçar oldu və əməliyyatlar öz əleyhlərində cərəyan etməyə başladı. Bütün bunlarla yanaşı ordu daxilinə sızmış FƏTO üzvüləri yüksək rütbələrində içində olduğu uğursuz hərbi çevrilişə cəhd etdi ki, nəticədə dövləti illər boyu gizli işğal altında saxlayan və təməli xarici qüvvələrə söykənən müxtəlif qrupların(Kamalist ordu, FƏTO)ortadan qaldırılması prossesi başa çatdı və siyasi idarəçiliyin möhkəmlənməsi həyata keçrildi.
Əlavə olaraq demək olar ki, Türkiyənin bir dövlət olaraq terrorla mübarizədə böyük uğurlar əldə etməsi dövlətin eyni zamanda regiona olan siyasi, hərbi və iqtisadi əlaqələrini gücləndirmək üçün daha çox şərait yaradır. Bütün bu uğurları tamamlamaq və 2023-cü ildə Türkiyənin müstəqilliyinin yüz illiyinə dünyanın beş ən güclü ölkəsindən biri olaraq çatdırmaq üçün Türk Milləti 24 iyun 2018-ci ildə seçimə getdi və Rəcəb Tayyib Ərdoğan bütün səslərin 52,50%-ni toplayaraq yenidən prezident seçildi. Bu eyni zamanda Türkiyədə rəsmən ilk dəfə icraedici hakimiyyəti əlində cəmləyən ilk Başqanın seçilməsi demək idi. Yeni dövrdə Türkiyədə prezident və iqtidarın qarşısında bir neçə əsas həll edilməsi vacib olan məsələ və problemlər var. Bunları daxili və xarici olaraq belə sıralamaq olar.

Daxildə həll edilməli olan əsas məsələ və problemlər.
1. Terror probleminə(FƏTO, PKK və.s)son verilməsi.
2. İnfilyasiya, faiz və işsizliyin təməlli həlli.
3. 2023 Türkiyəsinin tələb və təlabtalırını qarşılaya bilən təhsil sistemi.
4. Sənayenin 4.0(süni intelekt)texnalogiyasına keçməsinin təmini və buna uyğun alt sistemin təşkili.
5. Sənaye və texnalogiyanın milliləşdirilməsi.
6. Və ən əsası qütbləşdirici idealogiyaların(sol,sağ,komunnist və.s)məhdutlaşdırılması.

Xaricdə həll edilməli olan əsas məsələ və problemləri belə sıralamaq olar.
1. Qonşu ölkələrlə problemlərin təməlli həlli üçün daha çox lobbiçilik fəaliyyətlərini dərininə inkişaf etdirmək.
2. Qonşu ölkələrlə iqtisadi, siyasi və hərbi əməkdaşlığın(Ermənistan xaric)daha da dərinləşdirilməsi.
3. İraq və Suriyadakı etnik və məzhəb mərkəzli problemlərin çözümündə daha yaxından iştirak.
4. Fələstin-İsrail münaqişəsində Fələstinin üstünlüyünü təmin edərək terror xarakterli “Böyük İsrail” lahiyəsini təməlli dayandırmaq.
5. “Kipr” və “Adalar” problemlərini nəhayət həllinə çatdırmaq.
6. Müsəlman ölkələri arasındakı valyuta mübadiləsində və iqtisadi münasibətlərdə dolların sıradan çıxartmaq və bu ölkələr arasında qurulan müxtəlif birlikləri praktiki olaraq hərəkətə keçirmək.
7. Müsəlman ölkələri arasında yarana biləcək məzhəb mərkəzli hərbi toqquşmalara əngəl olmaq, məzhəbçilik və təriqətçiliyin siyasi və iqtisadi münasibətlərdəki gücünü minumuma endirmək.
Bütün bunlar Türkiyənin ən çətin və həlledici mərhələyə qədəm qoyduğunun göstəricisidir. Çünki Türkiyə tarixinində yüklədiyi məsuliyyəti gec və ya tez yerinə yetirmək, Yaxın və Orta Şərqin zülm altında inləyən xalqlarının problemlərini qalıcı həllə qovuşdurmaq məcburiyyətindədi

AĞ Partiya gənclər qollarının üzvü, gənc filosof Maqsud Əliyev
Agxeber.comскачать dle 10.6фильмы бесплатно
Вернуться назад