DataLife Engine > Xeberlenti / Siyasət / Ölkə / manshet > AĞ Partiya başqanı Tural Abbaslı : "Bizim üçün səfirin kimliyi önəmli deyil"

AĞ Partiya başqanı Tural Abbaslı : "Bizim üçün səfirin kimliyi önəmli deyil"


9-09-2018, 12:45. Разместил: agxebere AĞ Partiya başqanı Tural Abbaslı : "Bizim üçün səfirin kimliyi önəmli deyil"
Demokratik düşərgə daha ABŞ-a inanmır?

ABŞ prezidenti Donald Tramp Azərbaycana səfir postuna Dövlət Departamentinin hərbi-siyasi məsələlər üzrə Bürosunun baş müşaviri İrli Litsenberqenin namizədliyini irəli sürüb.

Əvvəlki illərdə ABŞ-ın səfir təyin etməsi, səfirin kimliyi Azərbaycan cəmiyyətində maraqla izlənər, uzun müddət müzakirə edilərdi.

Müxalifət düşərgəsində məsələyə xüsusi önəm verilirdi, səfir təyinatı, səfirin kimliyi müxalifətin marağında olan əsas məsələlərdən biri kimi gündəmi zəbt edirdi. Bəs bu dəfə ABŞ səfirinin kimliyi müxalifəti maraqlandırırmı?

AĞ Partiya başqanı Tural Abbaslı bildirdi ki, səfirin kimliyi onları maraqlandırmır: “Ümumiyyətlə, diqqət etsək görərik ki, bu günə qədər Azərbaycanda fəaliyyət göstərmiş demək olar ki, bütün Amerika səfirləri ya zamanında Amerika siyasətində önəmli vəzifələr tutub, ya da buradan getdikdən sonra daha önəmli postlara irəli çəkilib, məsələn, Metyu Brayza kimi və s. Düşünürəm ki, Amerika üçün Azərbaycan bir çox məsələlərə görə regionda önəmli rola malikdir. Təbii ki, bu amillərin başında İran məsələsi və Azərbaycanın Pentaqonun yükdaşımaları üçün istifadə etdiyi hava marşrutu öndə gəlir. Son zamanlar Qarabağ məsələsi fonunda Rusiyanın Azərbaycanda artan nüfuzu, hətta KTMT-yə qoşulmaq məsələlərinin geniş müzakirəsi, üstəlik, Türkiyə-Rusiya yaxınlaşması fonunda Azərbaycanın da bu birliklə isti münasibətləri Amerikanı regiona diqqətini artırmağa məcbur edən səbəblərdəndir.

Odur ki, Trampın səfir postuna yüksək çinli diplomatı təyin etməsində qeyri-adi bir hal görmürəm. Müxalifətin səfirlərin kimliyi ilə maraqlanmaq məsələsinə gəldikdə isə AĞ Partiya olaraq mən deyə bilərəm ki, bizim üçün səfirin kimliyi önəmli deyil. Çünki istər Amerika, istərsə də Avropa Azərbaycan müxalifətinə qarşı heç zaman səmimi olmayıb. Onların müxalifətlə istənilən əməkdaşlığı iqtidarla alver etmək üçün ləvazimat rolu oynayıb. Mən düşünmürəm ki, şəxsən biz AĞ Partiya olaraq Qərbin Azərbaycandakı korporativ maraqlarını hazırkı iqtidardan daha çox təmin edək.

Hətta Amerika səfirlərindən biri zamanında bizə etiraf etmişdi ki, hazırkı iqtidarla onların əlaqələri ən yüksək səviyyədədir və onlar bu münasibətləri nə müxalifətə, nə də xalqa görə təhlükəyə atmaq niyyətində deyillər. Bizi partiya olaraq xalqımızın istək, maraq və tələbləri daha çox maraqlandırır, nəinki hansısa ölkənin səfirinin kimliyi. Biz artıq Amerikadan və ya Avropadan ağ atlı qəhrəman gözləməyəcək qədər reallıqların fərqindəyik. Bilirik ki, Azərbaycana öz xalqından və öz siyasilərindən başqa heç kim heç bir xoş gələcək təmin edə bilməz”.

musavat.comскачать dle 10.6фильмы бесплатно
Вернуться назад