DataLife Engine > Xeberlenti / Siyasət / Ölkə > AĞ Partiya başqanının birinci müavini, politoloq Əhəd Məmmədli : "Vaxt getdikcə bu daha çətinləşir"

AĞ Partiya başqanının birinci müavini, politoloq Əhəd Məmmədli : "Vaxt getdikcə bu daha çətinləşir"


9-09-2018, 13:32. Разместил: agxebere AĞ Partiya başqanının birinci müavini, politoloq Əhəd Məmmədli : "Vaxt getdikcə bu daha çətinləşir"
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya 8 sentyabrda olacaq səfəri öncəsi xəbər yayıldı ki, Rusiya Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryanın vəzifələrindən uzaqlaşdırılmasını tələb edir.

Ermənistan mediasının yazdığına görə, Paşinyanın həyata keçirdiyi kadr siyasəti ciddi problemlə üzləşib. Ermənistanda hakimiyyətdə təmsil olunan bəzi məmurlar Rusiya üçün qəbuledilməzdir. Onlar uzun illər boyu Rusiyaya, onun hakim elitasının ünvanına təhqiredici çıxışlar edənlərdir. Belə əsas fiqurlardan biri Armen Qriqoryan, o biri isə David Sanasaryandır. Rusiya onların hakimiyyətdə təmsil olunmalarını arzu etmir və bu şəxslərin vəzifədən uzaqlaşdırılmasını açıq şəkildə rəsmi İrəvana bildirib. Rusiya həmin şəxslərə etibar etmədiyini də Ermənistanın hökumət başçısının diqqətinə çatdırıb. Rusiya həmin şəxslərin iki dövlətin maraqlarına zərər vuracağını vurğulayır. Moskva qorxur ki, hərbi-siyasi xarakterli sənədlər belə məmurların vasitəsilə ABŞ-ın əlinə keçə bilər.

Təsadüfi deyil ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da bildirib ki, Ermənistan tərəfinə çoxlu sualları var. “Rusiya tərəfi Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündən açıq və ciddi söhbət gözləyir” deyə, Uşakov bildirib. Qeyd olunur ki, Putin və Paşinyan Rusiya ilə Ermənistan arasında müttəfiq münasibətlərinin əsas məsələlərini müzakirə etmək niyyətindədirlər.

Armen Qriqoryan isə Moskva ilə Yerevan arasında son vaxtlar etimadsızlıq və gərginliyin yarandığını etiraf edib. Modern.az xəbər verir ki, Rusiyada nəşr olunan “Noev Kovçeq” qəzetinə müsahibə verən məmur bu etimadsızlığın tezliklə aradan qalxacağına ümidini ifadə edib.

“Yeni Ermənistan hakimiyyətinin rusofob, qərbyönümlü olduğunu sübut edən bir misal varmı? Mənə faktlar lazımdır. Ermənistanın xarici siyasət kursu əvvəlki olaraq qalır. Qərblə və Rusiya ilə münasibətlər inkişaf edir. Düzdür, Kremllə müəyyən etimadsızlıq problemimiz var. Lakin bu problem yaxın zamanda öz həllini tapacaq” - deyə Qriqoryan bildirib.Bəs Paşinyan Rusiyanın arzulamadığı yüksək vəzifəli həmin məmurları vəzifədən götürmək tələbinə əməl edərmi? Edərsə, bu, sınma nöqtəsi olacaqmı? Politoloq Əhəd Məmmədli isə hesab edir ki, bu cür məlumatların Putin-Paşinyan görüşündən əvvəl dövriyyəyə buraxılması Moskvanın mesajı da, Vaşinqtonun sabotajı da ola bilər. Moskva İrəvana mesaj verə bilər ki, ilk öncə bu güzəştlər edilməlidir. Vaşinqtonda İrəvanin Moskva qarşısında güzəştlərinin qarşısını almaq üçün əvvəlcədən bu cür dezinformasiyalar buraxa bilər: “Paşinyan Putin qarşısında güzəştlərə getsə onun xalq arasında nüfuzuna ciddi zərbə olacaq. Paşinyanı ilk öncə ayaqda saxlayan onun arxasında xalqının olmasıdır. Xalqı ona yenilikçi, islahatçı qüvvə olaraq dəstək verir. Paşinyan da başlasa, Sərkisyan sayağı siyasət sürməyə həmin an onu dəstəkləyən xalq bu dəfə qarşısına çıxacaq. İnqilabdan sonra kütlə psixologiyası çox səbirsiz və dəyişkən olur. Bu günün qəhrəmanı kütlənin gözü önündə sabahın xaini ola bilər. Paşinyan bunları bilməmiş deyil. Paşinyan istəyir ki, həm Rusiyanı həmdə onu hələlik dəstəkləyən xalqını razı salsın. Vaxt getdikcə bu daha çətinləşir. Xalq bir tərəfdən Kremldə, digər tərəfdən Paşinyanın qarşısında tələblər qoyur.

Erməni baş nazir odla su arasında qalıb. O, Putin qarşısında güzəştə getsə xalqını qarşısına alacaq əksi olsa Kremli qarşısını alacaq. Bu dəfə balanslı siyasət keçən deyil. Paşinyan Moskvanın dediklərini etməsə, bu, Ermənistan üçün yaxın gələcəkdə ciddi fəsadlar ola bilir. Bunu da Paşinyan bilməmiş deyil. Paşinyan siyasi fəaliyyətinin ən önəmli dönəmini yaşayır. Bu, İrəvanın mərkəzində populist çıxışlar etmək deyil. Paşinyan inqilabçı qiyafəsindən çıxıb siyasətçi qiyafəsinə qirib siyasi bacarıqlarını ortaya qoymalıdır. Fikrimcə, siyasi bacaraqını ortaya qoya bilməyəcək. Bu da Ermənistan, da yeni böhran deməkdir. Bu isə Azərbaycanın tam xeyrinə olan situasiyanın yaranmasıdır. Ələlxüsus da Azərbaycan-Rusiya rəsmi görüşlərinin intensivləşməsi dövründə Ermənistan-Rusiya münasibətlərinin daha da gərginləşməsi heç şübhəsiz bizim xeyrimizə olacaq. Bu halda Azərbaycana torpaqlarını qaytarmaq üçün tarixi şans yaranacaq”.

musavat.comскачать dle 10.6фильмы бесплатно
Вернуться назад