DataLife Engine > Xeberlenti / Siyasət / Ölkə > AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli : "Dünya tarixinə türklər kimi böyük imperiyalar, dövlətlər verən ikinci belə bir xalq yoxdur"

AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli : "Dünya tarixinə türklər kimi böyük imperiyalar, dövlətlər verən ikinci belə bir xalq yoxdur"


9-09-2018, 13:39. Разместил: agxebere AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli : "Dünya tarixinə türklər kimi böyük imperiyalar, dövlətlər verən ikinci belə bir xalq yoxdur"
“Türkiyə türk coğrafiyasının döyünən ürəyidirsə, Azərbaycan da düşünən beynidir”
Sentyabrın 3-də Qırğızıstanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI sammiti türk dövlətləri birliyi məsələsini yenidən gündəmə gətirdi.
Politoloq Əhəd Məmmədli isə bu cür görüşlərin əhəmiyyətinin gözlədiyimizdən də böyük olduğunu bildirdi: “Dünya tarixinə türklər kimi böyük imperiyalar, dövlətlər verən ikinci belə bir xalq yoxdur. Təəssüflə qeyd etməliyik ki, buna rəğmən tarix boyu nə vahid dövlətimiz, nə də dilimiz olub. SSRİ dağılandan sonra türk coğrafiyasına birləşmək üçün tarixi şans yaranıb. Bu tarixi şansı reallığa çevirmək daha çox Türkiyədən asılıdır. Qardaş ölkə türk dünyasının ən böyük dövlətidir. Türkiyə İslam dünyasının son xilafətidir. Türk xalqlarının birləşməsi inteqrasiyası Türkiyənin dünya siyasətində sözünün kəsərliyindən asılı olacaq. Mərhum Turqut Özaldan sonra Türkiyə Cümhuriyyətinin indiki iqtidarının türk ölkələrinə etdiyi açılımlar təqdirəlayiqdir. Biz bundan da daha böyük açılımlar gözləyirik. Lakin türk ölkələrinin birliyi təkcə Türkiyədən asılı deyil. Türkiyə türk coğrafiyasının döyünən ürəyidirsə, Azərbaycan da düşünən beynidir. Türk vəhdətində Qazaxıstanla Özbəkistanın da əhəmiyyəti böyükdür. Bu cür sammitlər, çoxtərəfli, ikitərəfli görüşlərin sonu məhz türk birliyinin qurulmasına səbəb olmalıdır. Türk birliyinə çox əsas var. Hədəf gələcəkdə ən azı Avropa Birliyinə alternativ struktur qurmaqdır. Türk ölkələri arasında vizasız gediş-gəliş olmalı, vahid türk valyutası və ümumi təhlükəsizliyimiz naminə ordu birliklərimiz qurulmalıdır. Ən azı yuxarıda qeyd etdiyim əsaslarla türk birliyi qurmaq mümkündür və lazımdır. Təbii ki, buna ABŞ, Rusiya və Çin əngəllər törədəcək. Amma Türkiyənin böyüməsi, güclənməsi davam etsə, türk dünyası olaraq hər kəsin qarşısını almağa müvəffəq olacağıq. Əslində müsəlman birliyi də yoxdur. Hələ hansısa təşkilatın olması hədəflərə çatmaq mənasını vermir. Türkiyə güclənməyə davam etsə, bu qeyri-türk müsəlman ölkələrini də Türkiyənin ətrafında birləşdirəcək. Artıq yavaş-yavaş bu proses başlayıb. Qətər, Sudan, Somali, Küveyt kimi ölkələrin qismində bunu görürük. Türk birliyinin qurulması türk dünyası arealı ətrafında müsəlman dünyasının da birləşməsinə gətirib çıxara bilər. Türk ölkələrinin yaxınlaşması çətin prosesdir. Bu da təbiidir. İki əsrdir türk dünyası əsas türk dövləti olan Türkiyədən qopardılıb. Türk ölkələrinin bir qismi hələ də Rusiyanın tərkibindədir”.
Politoloq onu da qeyd etdi ki, Türkiyə ilə türk ölkələrinin yaxınlaşması və birliyi üçün vaxt lazımdır: “Türk ölkələri yaxınlaşmanı sürətləndirməlidirlər. Bu məsələdə əsas iş Türkiyə, Azərbaycan və Qazaxıstanın üzərinə düşür. Türkiyənin aydın məsələdir ki, əsas iş nə üçün üzərinə düşür. Azərbaycan Rusiya və İranla sərhədi olan, Qafqazda yerləşən yeganə türk dövlətidir, Qazaxıstan isə Rusiya və Çinin arasında olan, Mərkəzi Asiyada yerləşən ən böyük türk məmləkətidir. Ona görə Azərbaycan və Qazaxıstan Türkiyədən sonra ən açar türk dövlətlərdir. Türk ölkələrinin Türkiyə ətrafında birləşməsi prosesi başlayıb. Bilirsiniz ki, Şərqdə öncə gücə hörmət edirlər. Türkiyə güc olmaqda davam etsə, nəinki türk dünyası, ərəb dünyası da Türkiyənin ətrafında birləşəcək. Artıq ərəb ölkələrinin də Ankara ətrafında konsalidasiyası baş verir. Türkiyə həm türk, həm də ərəb ölkələrinə açılımlar etməklə bu iki istiqamətdə xarici siyasətini davam etdirir. 2023-cü il hədəfi Türkiyənin xarici siyasətində dönüş nöqtəsi olacaq. Fikrimcə, 2023-cü ildən sonra türk dövlətlərinin Türkiyəyə inteqrasiyası daha sürətlə davam edəcək. Türk dünyasının birliyi yeni güc deməkdir. Əlimizdə belə imkanlar olduqda, bu imkanlardan maksimum dərəcədə istifadə etməli, bu tarixi şansı əldən verməməliyik”.скачать dle 10.6фильмы бесплатно
Вернуться назад