DataLife Engine > Xeberlenti / Siyasət / Dunya > Rusiyada təqaüd yaşının artırılmasına etirazlara görə kütləvi həbslər

Rusiyada təqaüd yaşının artırılmasına etirazlara görə kütləvi həbslər


9-09-2018, 16:44. Разместил: agxebere Rusiyada təqaüd yaşının artırılmasına etirazlara görə kütləvi həbslər
Bu gün Rusiyada iki hadisə gündəmdədir. Bunlardan biri bölgələrin qubernator seçkiləri, digəri isə təqaüd islahatına qarşı etiraz aksiyasıdır.

Rusiyanın müxalifyönlü siyasətçisi Aleksey Navalnı bu gün təqaüd yaşının artırılmasına qarşı irimiqyaslı etiraz aksiyasına çağırış etmişdi. Lakin özü istintaq təcridxanasında olduğu üçün aksiyada iştirak edə bilməyəcək.

Artıq Rusiyanın bir neçə şəhərində etiraz aksiyaları baş tutub. Aksiyalarda iştirak edənlərin sayı haqda fikirlər fərqlidir. Rusiyanın Xabarovsk vilayətində çəkilmiş şəkildə 100 nəfərdən çox insanın toplaşdığı görülür. İştirakçılardan bəzilərinin saxlanıldığı və tez də sərbəst buraxıldığı haqda məlumatlar var.

Aksiyanın başlanmasından əvvəl polis bir neçə fəalı saxlayıb. Bir aktivistin isə evindən çıxarkən saxlanıldığı deyilir.
Novosibirsk şəhərində təqaüd yaşının artırılmasına qarşı keçirilən icazəsiz aksiyada 2000-2500 nəfər iştirak edib, "Tayqa.İnfo" iştirakçı sayını qiymətləndirir.

Aksiya başlamazdan əvvəl polis Navalnının yerli qərargah koordinatoru Sergey Boyko-nu saxlayıb. Aksiya iştirakçıları müxalifətçinin aparıldığı Daxili İşlər Nazirliyi orqanının binasına tərəf irəliləyiblər. Məlumatda deyilir ki, eyni istiqamətdə OMON və həbs maşınları hərəkət edir.

Aksiyaların fonunda Rusiyada qubernator seçkiləri davam edir.

Moskvanın hazırki meri Sergey Sobyanin səsverməyə qatılıb. O, jurnalistlərə deyib ki, "məktəblinin imtahanqabağı həyəcanlandığı kimi" həyəcanlıdır.

"Bu gün mənim üçün çox məsuliyyətli gündür. Düzünü desəm, imtahana gələn məktəbli kimi həyəcanlanıram, o imtahana ki, minimum son beş il hazırlaşıb. Bu, bütün şəhər üçün, bizim hamımız üçün, Moskva üçün həqiqətən də vacib gündür", - o deyib.

Aksiyalar ərəfəsində həbslər
Siyasi təqiblərin monitorinqini aparan "ОВД-Инфо" media layihəsi aksiyalar ərəfəsində həbs olunanları qeydə alıb. Məlumata görə, aksiya ərəfəsində 20 şəhərdə 48 nəfər saxlanıb, onlardan biri isə iki dəfə saxlanıb. Onlardan çoxu gecəni Daxili İşlər Nazirliyinin şöbələrində keçirib, 14 nəfər isə həbs edilib.

Novosibirsk şəhərində aksiya iştirakçıları qarşı polis və OMON-çular toplaşıb. Onlar küçələri bağlamaqla aksiya iştirakçılarını geri çəkməyə çalışır. "Тайга.Инфо" xəbər verir ki, OMON qüvvələri insanları dəyənəklərlə döyür, bir iştirakçını isə yerə yıxıb.
Seçkilərdə qanun pozuntuları
"Milli ictimai monitorinq" Müstəqil Müşahidəçilər Assosiasiyasının federal koordinatoru Roman Kolomoytsev Tass agentliyinə deyib ki, hazırda onlara potensial seçki pozuntuları haqda 164 şikayət daxil olub. Onlardan beş şikayət artıq həllini tapıb, digərləri isə araşdırılır.

Sankt-Peterburqda polis Navalnının yerli qərargah koordinatoru Denis Mixaylovu və qərargahın əməkdaşı İlya Qantvarqı saxlayıb. İlya Qantvarq onların narkotikaya ekspertizasına aparıldığı haqda tvit yazıb.
Navalnının Moskva qərargahının keçmiş başçısı saxlanıb
Korrupsiya ilə Mübarizə Fondunun əməkdaşı, Navalnının Moskva qərargahının keçmiş başçısı Nikolay Lyaskin Moskvada saxlanıb. O, tvitində yazıb ki, "onu saxlayan 5 nəfər iki gündür ki, bütün şəhər boyu onun arxasınca düşdüklərini deyib".

Novosibirsk şəhərində etirazçıların polislə toqquşduğu aksiya sona çatıb. "Тайги.Инфо"-nun məlumatına görə, aksiyada 7 nəfər saxlanıb. Aksiya ərəfəsində saxlanan Navalnının yerli qərargah koordinatoru Sergey Boyko Daxili İşlər Nazirliyinin şöbəsindən məhkəməyə aparılıb. Ona qarşı aksiya keçirilməsi haqda qanunun tələblərini pozma iddiası irəli sürülür.

"ОВД-Инфо"-nun məlumatında Tomsk şəhərində də ən azı 12 nəfərin saxlandığı və onlardan altısının yetkinlik yaşına çatmadığı deyilir.

Omsk şəhərində isə ən azı 14 nəfərin saxlandığı haqda məlumatlar gəlir.

Seçkilərdə kabab
Etiraz aksiyalarına baxmayaraq Moskvada seçkiləri bayrama çevirmək istəyənlər də var. Bu gün Moskvada həm də şəhər günü qeyd olunur.

Bazar günü piknikə getmək istəyənləri seçkiyə cəlb etmək üçün seçki məntəqələrinin qarşısında kabab qonaqlığı təşkil olunub.
Navalnı koordinatorları ölkə boyu saxlanır
Bütün Rusiya boyu Navalnının yerli qərargah koordinatorları saxlanır. Dəqiq rəqəmlər haqda məlumat olmasa da, Navalnının seçki qərargahının keçmiş başçısı Leonid Volkov BBC-yə deyib ki, o, axşama doğru bütün koordinatorların saxlanmış olacağını güman edir.

Yekaterinburq şəhərində keçmiş mer Yevgeniy Royzman Navalnı tərəfdaşlarının aksiyasına qoşulub. O, aksiya iştirakçılarını saxlayan polislə söhbətləşib və bundan sonra onlara hərəkət etməyə icazə veriblər. Lakin daha sonra Yevgeniy Royzman saxlanıb.
Sankt-Peterburq şəhərində aksiyanın keçiriləcəyi yerin 15 metr yaxınlığında tikanlı məftillər daşıyan iki avtomobil dayanıb. Maşınların nə üçün gətirildiyi bilinməsə də, bəzi şəkillərdə onların yaxınlığında Milli Qvardiyanın əməkdaşları görülür.
Aksiya başlamazdan əvvəl onun keçiriləcəyi yerdə suvuran maşınlar sıraya düzülmüşdü.
"Səs ver, işlə və öl"
Moskvada aksiya iştirakçıları "Səs ver, işlə və öl", "Təqaüd dirilərə lazımdır", "Putin oğrudur" şüarlarını səsləndirib. Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski aksiya yerinə gəlsə də, iştirakçıların ona qarşı "Xəcalət!" deyə bağırmasından sonra aksiya yerini tərk edib.
Moskva polisi aksiya iştirakçılarına xəbərdarlıq edib ki, polisin qanuni tələbinə riayət etmədikdə, aksiya iştirakçıları inzibati məsuliyyətə cəlb olunacaqlar.
Moskvada etirazçı Pussy Riot musiqi qrupunun üzvü Veronika Nikulşina saxlanıb. Onun hara aparıldığı bilinmir.

musavat.com

скачать dle 10.6фильмы бесплатно
Вернуться назад