DataLife Engine > Xeberlenti / Dunya / Kriminal > ABŞ-da naməlum şəxs "McDonald's"da insanlara atəş açıb

ABŞ-da naməlum şəxs "McDonald's"da insanlara atəş açıb


9-09-2018, 16:50. Разместил: agxebere ABŞ-da naməlum şəxs "McDonald's"da insanlara atəş açıb
ABŞ-ın Alabama ştatının Obern Universiteti yaxınlığında yerləşən "McDonald|s" restoranında naməlum şəxs insanlara atəş açıb. Nəticədə 1 nəfər ölüb, daha 4-ü isə yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə polisə istinadən "Fox News" telekanalı məlumat yayıb.

Bildirilir ki, polis atışma barədə məlumata yerli vaxtla təqribən səhər saat 2.30-da (Bakı vaxtı ilə 11.30-da) reaksiya verib və hadisə yerində odlu silah yaralarından ölən 20 yaşlı kişinin meyitini aşkar edib. Biri Obern Universitetinin tələbəsi olmaqla, dörd yaralı isə xəstəxanaya yerləşdirilib. Onların arasında 16 yaşlı yeniyetmənin vəziyyəti ağırdır.

"İlkin olaraq məlumat əldə edilib ki, atışmadan əvvəl mübahisə olub",- deyə polisin bəyanatında bildirilir.

Hüquq-mühafizə orqanları şübhəli şəxs haqqında hələ ki, məlumat vermirlər. Universitetin məlumatına görə, həmin şəxs hələ də azadlıqdadır.скачать dle 10.6фильмы бесплатно
Вернуться назад