DataLife Engine > Xeberlenti / Siyasət > AĞ Partiya rəsmisi ABŞ səfirinin müşaviri ilə görüşüb

AĞ Partiya rəsmisi ABŞ səfirinin müşaviri ilə görüşüb


7-02-2019, 12:41. Разместил: agxebere AĞ Partiya rəsmisi ABŞ səfirinin müşaviri ilə görüşüb
AĞ Partiya rəsmisi ABŞ səfirinin müşaviri ilə görüşüb

AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli fevralın 6 ABŞ səfirliyinin Siyasi İşlər üzrə müşaviri Uilyam Solleylə görüşüb. Görüş səfirliyinin dəvəti ilə baş tutub. Bu barədə AĞ Partyanın mətbuat xidməti məlumat yayıb.
Görüşdə AĞ Partiyanın fəaliyyəti, gördüyü işlər haqqında maraqlanılıb. Eyni zamanda, partiyanın siyasi ideoloji xətti və bunun ölkəyə təsiri haqqında söhbət edilib. AĞ Partiyanın beynəlxalq siyasi vizionu haqqında soruşulub. Görüşdə AĞ Partiyanın tərkibi və daxili siyasətə baxışı haqqında da fikir mübadiləsi aparılıb. İqtidar-müxalifət münasibətlərində AĞ Partiyanın yanaşması öyrənilib. Görüş bir saatdan çox çəkib.


Agxeber.comскачать dle 10.6фильмы бесплатно
Вернуться назад