DataLife Engine > Xeberlenti / Dunya > "Sən 7 yaşlı fələstinli körpələri qətlə yetirən zalımsan" - Ərdoğandan Netenyahuya sərt sözlər

"Sən 7 yaşlı fələstinli körpələri qətlə yetirən zalımsan" - Ərdoğandan Netenyahuya sərt sözlər


13-03-2019, 21:06. Разместил: Cavid "Sən 7 yaşlı fələstinli körpələri qətlə yetirən zalımsan" - Ərdoğandan Netenyahuya sərt sözlər"Ey Netanyahu özünə gəl özünə. İsrailin rəhbəri olan bu soyğunçu öz ölkəsindən ittiham olunur. Neydən ittiham olunur? Korrupsiyaya görə, vəzifəsindən sui-istifadəyə görə. Ey Netanyahu özünə gəl özünə, sən zalımsan. Sən 7 yaşlı fələstinli körpələri qətlə yetirən zalımsan".

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Netenyahu haqqında deyib. Ərdoğan Netenyahunu zalımlıqda ittiham edib.

"Sənin əsgərin, polisin məscidlərimizə girir. Təhrik etmə. Biz heç bir yəhudiyə zülm etmədik. Bunların hesabını beynəlxalq aləmdə soruşacağıq. Qüds işini bizlərə heç kim unutdura bilməz. XİN rəhbərimizə göstərişi vermişəm beynəlxalq danışıqlar davam etdirir. Fələstin xalqının mübarizəsini son nəfəsimizə qədər müdafiə edəcəyik. Ölkəmizdə də birilərinin azanımızı fitə basmasının arxasında da İsrailmi durur? Onlar da eynilə Məscidi Aksanı çirkləndirməyə çalışdılar" - Ərdoğan belə deyib.скачать dle 10.6фильмы бесплатно
Вернуться назад