DataLife Engine > Xeberlenti / Dunya / Manşet > Bizə hücum etsələr, S-400-dən istifadə edəcəyik - Ərdoğan

Bizə hücum etsələr, S-400-dən istifadə edəcəyik - Ərdoğan


11-07-2019, 19:34. Разместил: Rufet Bizə hücum etsələr, S-400-dən istifadə edəcəyik - Ərdoğan
"Ona görə belə investisiya qoyuruq”

Türkiyə hücuma məruz qalacağı təqdirdə Rusiyadan aldığı S-400 raket komplekslərindən istifadə etməyi planlaşdırır.

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinadan qayıdarkən jurnalistlərə bildirib.

“Bəziləri niyə S-400 sistemini aldığımızı və buna sərmayə qoyduğumuzu soruşur. Ehtiyac olarsa, bunlardan istifadə etmək haqqımız var. Kimsə bizə hücum edərsə, bu hava müdafiə sistemlərindən istifadə edəcəyik. Ona görə belə investisiya qoyuruq”, - deyə o, vurğulayıb.

Ərdoğan Ankaranın S-400 sistemlərinin Rusiya ilə birgə istehsalı haqda planlarının olduğunu da təsdiqləyib:

"Birgə istehsala gəldikdə, bizim Rusiya ilə heç bir problemimiz yoxdur. Prezident Putinlə danışıqlarımızın lap əvvəlində biz bu barədə razılığa gəldik. Ümid edirəm ki, birgə istehsala başlayacağıq, ancaq S-400-ün alışından imtina etməyimizi istəyənlər spekulyasiyanı davam etdirirlər".

Pərvanə Ağazadəскачать dle 10.6фильмы бесплатно
Вернуться назад