DataLife Engine > Xeberlenti / Ölkə > Vilayət Eyvazov onu təqaüdə göndərdi - TƏYİNAT

Vilayət Eyvazov onu təqaüdə göndərdi - TƏYİNAT


12-08-2019, 16:33. Разместил: Rufet Vilayət Eyvazov onu təqaüdə göndərdi - TƏYİNAT
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov tutdugu vəzifədən azad olunub.

Publika.az avtosfer.az-a istinadən xəbər verir ki, Mübariz Şahbazov daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnaməyə uyğun olaraq yaş həddinə görə təqaüdə göndərilib.

Nazirin digər əmri ilə Baş DYP İdarəsinin rəis müavini postuna polkovnik-leytenant İlham Rəcəbov gətirilib. İlham Rəcəbov buna qədər Baş İdarənin Texniki şöbəsinin rəisi vəzifəsində çalışırdı.

Qeyd edək ki, Mübariz Şahbazov uzun illərdir Baş DYPİ-nin rəis müavini vəzifəsində çalışırdı. O, 2017-ci ilin oktyabrında yaş həddi ilə əlaqədar təqaüdə göndərilən polkovnik Hacımurad Abdullayevin rəhbərlik etdiyi Qeydiyyat-İmtihat İdarəsinin rəisi vəzifəsini də daşıyırdı. Bu idarə həmin tarixədək şöbə statusu daşıyırdı.скачать dle 10.6фильмы бесплатно
Вернуться назад