DataLife Engine > Xeberlenti > “Focus Online”: “Baden-Vürtemberqdə miqrant sığınacağında yanğın baş verib”

“Focus Online”: “Baden-Vürtemberqdə miqrant sığınacağında yanğın baş verib”


20-02-2016, 12:08. Разместил: kamran “Focus Online”: “Baden-Vürtemberqdə miqrant sığınacağında yanğın baş verib”


Almaniyanın Baden-Vürtemberq vilayətində miqrantların yerləşdirilməsi üçün nəzərdə tutulan sığınacaqda yanğın baş verib. “Focus Online”nın məlumatına görə insident Unterenzingen kommunasında qeydə alınıb. Yanğın binaya 15 000 avro məbləğində ziyan vurub. Hüquq-mühafizə orqanları hadisənin qəsdən və ksenofob zəmində törədildiyini istisna etmir. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, ötən il Almaniyada miqrant sığınacaqlarına 1000-dən çox hücum faktı qeydə alınıb. Bu il başlayandan da ölkədə qaçqınların yerləşdiyi çox sayda mərkəz hücuma məruz qalıb.
скачать dle 10.6фильмы бесплатно
Вернуться назад