• 13:43 – "Təzə bazar"dakı yaxnğından sonrakı vəziyyət (FOTOLAR) 
  • 23:55 – “General Zəkai Ağsaqqallını vurun” əmri – Sensasion istintaq materialı 
  • 16:27 – Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək 
  • 12:37 – Ağ evin qarşısında türklərlə pkk-çılar arasında dava - Video 

"YAZILMAMIŞ ROMAN"dan bir parça

"YAZILMAMIŞ ROMAN"dan bir parça


O, meşin əlcəkli əli ilə yerdən bir daş götürdü. Daş buza dönmüşdü. Darvazanı döydü. Bum...bum...bum... Daşın buzu çilikənib töküldü. Zanq...zanq...zanq... Bir azdan bumbuz darvazanın kiçik qapısı açıldı. Arıq, ovurdları gözləri tək batmış, bənizi kimi rəngi getmiş solğun, nimdaş bir ədyala bürünmüş 25-30 yaşlı bir kişi çıxdı. Batıq səsi ilə ağzından çıxartdığı "salam" sözünü yalnız özü eşitdi.
- Kirayə pulunu niyə gecikdirirsən? Niyə... Görmürsən bazar od tutub yanır?...
Onun ayı kimi bağırtısı darvazanın soyuq üzünü yalayıb keçdi. Arıq kişinin büründüyü ədyal alışmadığı bu bağırtıdan diksindi. Üşüdü. Arıq kişi ədyalın yaxasından bərk-bərk yapışmasa idi, bürüncək çoxdan qaçıb getmişdi bu səsdən...
Səsə arıq kişinin bir uşaq yanında, biri də qarnında olan, əsgər gödəkcəsinə sığınmış qadını gəldi. Nimdaş, solğun əsgər gödəkçəsini əri əsgərlikdən gətirmişdi. Gödəkçənin altından çıxan çit xalatı yerlə sürünürdü. Əri kimi üşümürdü, elə bil soyuğa alışmışdı. Yox, soyuğa alışmamışdı, içindən onu 7-8 aylıq körpəsi qızdırırdı...
Əri suvaqçı idi. Özü qonum-qonşuların həyət-bacalarını təmizləyir, ev-eşiklərini yığışdırırdı. Onlar işsizlikdən ucqar bir dağ kəndindən Bakıya gəlmişdilər. Şəhərin müxtəlif yerlərində xeyli evləri olan bir professorun kirayənişini idilər. Professorun adı İlqar idi. Mötəbər bir universitetin kafedra müdiri idi. Qoçaq adam idi. Yayda-qışda, nə vaxt imkan tapdı xaricdən maşın gətirib satırdı. Sürətlə dəyişən dünyanın nəbzini elə tutmuşdu ki, onu oradan fələk də qoparda bilməzdi. Əli böyüklər ətəyində olduğu üçün, respublikada aşırmadığı bir iş qalmazdı.
-İlqar müəllim, yoldaşım neçə gündür yorğan-döşəkdədir, vallah bir-iki günə işləyib pulunuzu verəcək.
-Sabah pulu verib çıxın.Vəssalam.
-İlqar müəllim... qışın bu günündə....
Qadının səsi titrədi. Ədyalı bərk-bərk vücuduna basmış ərinin çuxura düşmüş gözlərinə baxdı. Bədəni uçundu... Ona sığınmış uşağının əlini buraxdı. Nə hiss etdisə, İlqar müəllimin kürən sifətini, göy gözlərini, isti kürk gödəkçədə buğlanan bədənini görməyən, fəqət onu içindən isidən körpəsini bərk-bərk qucaqladı.

Xeyrulla Balaxanlıскачать dle 10.6фильмы бесплатно
Şərh yazın
  • Şərhlər
  • Bü gün
  • Oxunanlar
FreeCurrencyRates.com
==================================