MEHDİ AĞAZADƏ

Azərbaycanda təhsil problemi - Mehdi Ağazadənin müsahibəsi

Azərbaycanda təhsil problemi - Mehdi Ağazadənin müsahibəsi

MEHDİ AĞAZADƏ

Ağ Partiyanın Gənclər Təşkilatının sədri Mehdi Ağazadənin Azərbaycanda təhsil problemi ilə bağlı mətbuata müsahibə verib.

"AĞ Xəbər" həmin müsahibəni sizə təqdim edir.

Düşünürəm ki, bu cür halların baş verməsi bir başa təhsilin zəifliyinin göstəricisidir. Eyni zamanda, məktəblərdə müəllim və direktorların düzgün seçilməməsidir. Orta məktəblərdə müəllimlər şagirdlərə hərtərəfli bir nümunə olmalıdır - təhsil, tərbiyə özünü aparmaq qaydası və s. Ümumiyyətlə, düşünürəm ki, bir şagird öz müəllimlərindən nümunə götürməlidir. Bir halda ki, müəllim dərsi yarımçıq keçib əlavə işlərin arxasınca getdikdə, təbii ki, düzgün şagird yetişdirə bilməyəcək və bunun sonunda şagirdlərin bu cür hala gəlib çıxmasına səbəb olacaq.
Bizlər öz təhsilimizi digər inkişaf etmiş ölkələrlə müqayisə etsək, deyə bilərik ki, bizim ölkədə təhsil sistemi demək olar ki, yoxdur. Məsələn, Yaponiyada orta məktəbdə oxuyan şagird məktəbi bitirəndə, artıq gələcəkdə hansı peşə üzrə fəaliyyət göstərəcəyini bilir və orta məktəbi bitirəndə, öz seçdiyi peşənin yarı peşakarı olur. Ama bizim ölkədə 11-ci sinif şagirdlərinin əksəriyyəti məktəbi bitirməyinə az qalmış hansı ixtisasa yiyələnmək bir yana qalsın, hansı qrupun keçid bala daha aşağıdırsa, oraya gedir.
Düşünürəm ki, bunun üzərində ciddi şəkildə çalışmaq lazımdır. Məktəblərdə bu cür halların baş verməsi eyni zamanda, şagirdlərin də artıq orta məktəbdən təhsilə olan marağının olmamasından irəli gəlir. Yəni, şagirdlər öz məktəblərində təhsilin zəifliyini, müəllimlərin laqeydsizliyini görən zaman təbii ki, onların dərsə marağı olmayacaq. Bunu aradan qaldırmaq üçün isə ilk növbədə, müəllimlərin düzgün seçilməsi və onların əmək haqlarının yüksək səviyyədə olmasındadır ki, müəllimlər əlavə pul qazanmaq üçün başqa bir işdə işləməyi düşünməsin. Məsələn, qonşu ölkə olan Gürcüstanda müəllimlərin əmək haqqısı olduqca yüksəkdi. Bu da həmin müəllimlərin öz şagirdlərinə daha məsuliyyətli yanaşmasına gətirib çıxaracaq. Düşünürəm ki, ən çox əmək haqqı alanlar müəllimlər olmalıdır, çünki tam formalaşmış bir şəxsi o vəziyyətə gətirən müəllimlər olub. Ona görə müəllimlərə yüksək dəyər verilməlidir ki, onlar bizim cəmiyyətin formalaşmasında böyük rol oynayır. Ümumiyyətlə, təkcə müəllim yox, digər sahələrə də çox önəm verilməlidir. Məsələn, həkim, polis və s. Bu peşələrin hər biri bir cəmiyyətin yüksək şəkildə formalaşmasında böyük rol oynayır, təəssüflər olsun ki, bu gün bizə bu peşə sahiblərinə yetərli  dəyər verilmir. Ona görə də bu gün biz  gənclərin düzgün yetişməməsində heç kəsi  günahkar görməməməliyik. Çünki həmin şagirdlər, gənclər böyüklərdən baxıb nümunə götürür.
Ümumiyyətlə, bizim ölkədə narazılıqların böyük əksəriyyəti əmək haqlarının az olmasıdır.  Bu məsələ çox ciddi problemlərə gətirib çıxarır, məsələn, müəllimlərin laqeydsizliyinə, polislərin diqqətsizliyinə, həkimlərin məsuliyyətsizliyinə və s. Bir çox inkişaf etmiş ölkələrin məhz inkişaf etməsinin səbəbi onların öz vətəndaşlarına böyük diqqət yetirməsidir. Halbuki biz neft ölkəsi olduğumuz halda, ölkə vətəndaşlarının əmək haqlarını az olmasından narazı qalması bu bizim üçün utancvericidir. Bu halların baş verməsi eyni zamanda, gələcəyimiz üçün çox böyük təhlükədir.

agxeber.com

MÜƏLLİFİN DİGƏR YAZILARI