Elm və təhsil naziri Emin Əmrullayev bəzi müəllimlərin bilik səviyyəsinin aşağı olmasından şikayətlənib. Nazir REAL TV-yə müsahibəsində etiraf edib ki, müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən iki min nəfəri kvadratın perimetri veriləndə, onun sahəsini hesablaya bilməyib.
E.Əmrullayevin bu açıqlaması kəskin tənqidlərə tuş gəlib. Hətta, onu da əlavə edib ki, savadsız müəllimlərin məktəblərə ayaq açması savadsız nəslin yetişməsinə gətirib çıxara bilər.
Əmrullayevin açıqlamasını şərh edən Malvina Amirova(AĞ Partiya Xanımlar Təşkilatının sədri) Ağxeber.com-a açıqlamasında bildirib ki, son 10 il ərzində orta məktəblərə 70 mindən çox müəllim işə qəbul edilib. "Deməli, sizin imtahanlar doğru deyil. Qiymət yazıb, diplom verdiyiniz məzunlara savadsız demək onların yox, nazirliyin ayıbıdır. Müəllimlərin aşağı nəticə göstərməsi hazırkı Elm və Təhsil Nazirliyinin və müəllim yetişdirən universitetlərin günahıdır. Ölkənin 4432 orta ümumtəhsil məktəbində 142 min müəllim var. Müəllimlərin 12 mini, yəni, ibtidai sinif müəllimləri Elm və Təhsil Nazirliyi tərəfindən sertifikasiya imtahanına cəlb olunub. Nəticələr isə ürəkaçan deyil. Amma burada ittiham edəcəyimiz şəxs heç bir halda, müəllimlər olmamalıdır. Məktəbdə bir müəllimin biliyi zəifdirsə, onu yetişdirən sistemdir.
Son 10 ildə 2 mindən çox müəllimə əməkdar müəllim, tərəqqi medalı vermisiniz, hansı göstəricilərə görə?
10 il ərzində nə qədər təkmilləşdirilmə təlimlərinə pul ayrılıb, milyonlarla vəsait təhsilin inkişafı, müəllim keyfiyyətinin yüksəldilməsi üçün qrant layihələrinə paylanılıb. Hanı nəticə?
Sizin müəllimləri gözdən salmağa yönəlmiş çıxışlar etməniz düzgün deyil.
İmtahana cəlb olunan müəllimlərin hansısa bir test tapşırığını yaza bilməməsinin kökü ali təhsil müəssisələrindən qaynaqlanır. 10 il ərzində hansı universitetdə yoxlama aparılıb?, keyfiyyətə nəzarət edilib?! Kvadratın sahəsini hesablaya bilməyən müəllimlər yadplanetli deyil ki!? Onlar Elm və Təhsil Nazirliyinin nəzdində olan ali təhsil müəssisələrinin məzunlarıdır.
Məktəbdə dərs deyən müəllimlərin yox, universitetdə təhsil alan tələbələrin bilik və savad göstəricilərini yoxlamaq, onları əmək bazarına savadlı kadr kimi hazırlamaq lazımdır. Qiymət yazıb, diplom verdiyiniz məzunlara savadsız demək onların yox, nazirliyin ayıbıdır. Müəllimlərin təkmilləşdirilməsi üçün keçirilən kursların heç biri keyfiyyətli deyil. Bu sahəyə ayrılan milyonlarla vəsait aidiyyəti qurum tərəfindən mənimsənilib. Nazir bir dəfə də öz müavinlərini, şöbə müdirlərini imtahana cəlb etsin, görək, onlar testdən keçə bilirlər!? Xaricdə təhsil almaqla deyil ki! Nazirliyin sektor müdirlərinin heç biri dövlət qulluğu imtahanından keçməyib.
Birinci ətrafınızda olan yaxın işçilərinizi imtahan edin, görək, nə bilirlər???"
Söhbətləşdi: Şəfa Rasimqızı