İşiqforun qırmızı işığında dayanıb, xəyala dalmışdım ki, maşınımın pəncərəsinin tıqqıltısına diksindim. Bu mənzərə, mənə 2006-ci ildən bugünə kimi heç zaman unutmadığım bir hadisəni xatırlatdı. O zaman, 2006-cı ildə maşınımın pəncərəsini tıqqıldadan yaşlı bir xanıma cibimdə olan son qəpiyə kimi əl tutmuşdum. Pəncərəmi tıqqıldadan yaşlı xanım ağlaya-ağlaya dilənçi olmadığını, lakin dərmanlarını ala bilmədiyindən dilənməyə məcbur olduğunu söyləyirdi. Qeyri-ixtiyari mənim də gözümdən yaş süzülmüşdü. O vaxt bu göz yaşlarımı ürəyi yumşaqlığıma bağlamışdım.
İndi isə dönüb, baxmağa tərəddüd edirdim, çünki öz cibimdə “siçanlar oynayırdı” və çarəsizlikdən son ümidim olan "Qəmərimi" (1970-ci ilin istehsalı olan və 2020-ci iləd külli miqdarda pul xərcləyərək tüninq etdiyim, cəmi 1000 km yol qət etmiş Moskviç markalı avtomobilimi), dəyər-dəyməzinə satmağa aparırdım. Bakı küçələrində dilənən yaşlı insanların sayının günü-gündən artması kimsəni narahat etmirdi, hamı "toçka" üstündə biri-birinə olmazın təhqirlərini yağdıran, əlbəyaxa davaya çıxan, cındırından cin ürkən bu ac-yalavac yaşlılardan bezmişdi. Yeni qurulan hakimiyyət nə qədər çalışsa da əlavə resurslar əldə edə bilmirdi ki, bu problemi kökündən həll etsin. Çünki neftin bitməsi, kənd təsərrüfatının məhv edilməsi, iqtisadiyyatın çökməsi, ölkədə illərlə davam edən "oliqarx savaşı" ölkənin bütün resuralarının talanmasına gətirib çıxarmışdı. Pəncərə bir daha tıqqıldadı, dönmədən öz-özümə “lənətə gəlmiş işiqfor 80 saniyə də qırmızı işıq olar?!”, deyə deyindim. Üçüncü tıqqıltıya da dönmədim, dördüncüyə də, beşinciyə də. Nəhayət, işiqforun yaşıl ışığı yandı və mən tez-tələsik maşını yerindın tərpətməyə çalışdım, amma “mufta”nı tez buraxdığımdan maşın irəliyə atıldı və mühərrik söndü. Qəfil gələn qəhqəhə səsi mənim illərdən bəri yığılıb qalan, qəzəbimi coşdurdu və hirslə maşının qapısını açıb, mənə gülən insan haqında bütün düşündüklərimi söyləmək üçün aşağı düşməyə tələsdim. Amma gördüyüm mənzərə məni yerimdə donub durmağa vadar etdi. Qarşımdakı insanı tanımışdım. Qarşımdakı insan vaxtı ilə keçmiş hakimiyyətdən aldığı "paket" qarşılığında, hakimiyyətin "troll"uğunu edirdi, sonralar hakimiyyət qarşısında göstərdiyi xidmətlərdən dolayı “Millət vəkili”, sonra da nazirliklərin birində mətbuat xidmətinin müdiri kimi çalışmışdı.
Yeni hakimiyyət qurulanda tələm-tələsik ailəsini xaricə yola salsa da özü ölkədən qaçmağa macal tapmamışdı. Məhkəmənin qərarı ilə bütün əmlakı müsadirə olunmuş, bank hesabları dondurulmuş, ömürlük ölkədən çıxmaq qadağası qoyulmaqla, 5 il həbsə məhkum olunmuşdu. Bir vaxtlar qılıncının dalı da, qabağı da kəsən bu insanı küçədə bu halda görmək mənə pis təsir etmişdi, lakin hər kəs öz layiq olduğu həyatı yaşayır. Onsuz da gec-tez onunla bu küçələrdə eyni şərtlər altında görüşəcəyik, kim bilir bəlkə də dostalaşacaqdıq da...
Heç bir söz demədən mühərriki işə salıb yoluma davam etdim. Yol boyu məni düşündürən suallara cavab tapmağa çalışırdım. Bir zamanalar ölkədə iqtisadi vəziyyət ağırdır, insanlar iş tapa bilmir, cavan ailə başçıları işsizlik ucbatından ailələrini vətəndə saxlayıb qazanc dalınca xaricə qaçırlar və geri dönmürlər, insanlarımız sosial problemlərin ağırlığı altında əzilirlər, cavan ailələrə heç bir güzəşt edilmir, sosial evlər məmurlar arasında pay-puş edilir, ipoteka faizləri çox yüksək, şətrləri isə çox ağırdır, nikaha girən hər 5 ailədən 1-i dağılır və bu artan tendesiya ilə davam edir, nikahın pozulması çox asanddır, cavan ailələrə heç bir sosial-psixoloji yardımlar edilmir, məmurlar ölkənin sərvətlərini ofşor zonalara daşıyır, milli-mənəvi dəyərlərimiz tapdanır oğlan və qızlarımız əxlaqsızlığa sürüklənir, düşmənlərimizlə barışığa getmək bizim əleyimizə işləyir və s. kimi məsələləri qabardan ictimai xadimlərə, ziyalılara, ağsaqqal və siyasətçilərimizə satqın, xəyanətkar, vəzifə üçün danışan damğası vurmağımızın və bütün bu məsələlərə laqeyd yanaşmağımızın cəzası olaraq, bu gün Bakı küçələrində dilənən qocaların sayı 3 00 000 u keçib.
Hər bir dövlətin əsas bel sütunu ailədir. Amma biz ölkədəki bütün bu problemlərin fonunda yeni qurulan ailələrin dağılmasına seyirçi qaldıq. Hər birimiz bu problemlərə "ac qulağım, dinc qulağım" prizmasından yanaşdıq. Hər birimiz “mənə nə, atası bilər, anası bilər, hələ cavandır öz atını çapır. Vaxt gələr, it kimi peşman olar” qınağıyla özümüzə təsəlli verdik. Amma çox az hissəmiz, hökümətin yaxasından yapışmağa cəhd göstərdik. Bütün bu neqativlərin arasında əzilən körpələrimizi də görmədik.
Psixoloqların apardığı tədqiqatlar göstərir ki, natamam ailələrdə böyüyən uşaqların şəxsiyyət kimi formalaşması, cəmiyyətdə yüksək mövqe tuta bilməsi məsələsi çox aşağı səviyyədədir. Lakin biz bu xəbərdarlığa da laqeyd yanaşdıq və nəticədə yarımçıq ailələrdə yetişən bu yarımçıq övladlarımızı, nə biz kimsəsiz qocalar, nə də ki, Yevlaxda qurulmuş erməni postları düşündürür...