“Futbolçuları yox, əsgərlərimi təbrik edirəm” - Qurban Qurbanov

Qurban Qurbanov: "Bizim üçün ən çətin dövr başlayır"

“Əvvəla, futbolçuları yox, əsgərlərimi təbrik edirəm. Çünki bu gün əsgər kimi idilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində Polşa çempionu “Legiya” ilə keçirilən oyun barədə danışarkən deyib.

Varşavada baş tutan qarşılaşmada rəqibi üzərində 3:0 hesablı inamlı qələbə qazanan Ağdam təmsilçisi qrup mərhələsində vəsiqə qazanıb.
Oyunsonrası mətbuat konfransında Qurbanov komandanın çıxışından razılıq bildirib: “Legiya” yaxşı komandadır, amma oyun sistemini dəyişib.

Düşünürəm ki, 3:0 hesabı bu matçın gedişatını tam əks etdirmir, çünki “Legiya” nəticənin göstərdiyindən daha yaxşı komandadır. Sadəcə, son vaxtlar Polşa komandasında çox dəyişikliklər edilib. Əsgərlərimi, futbolçularımı təbrik etmək, “Legiya”ya və məşqçisinə uğurlar arzulamaq istəyirəm. Nəticədən çox məmnunam”.

 

6945

DİGƏR XƏBƏRLƏR