Amerikanın “Google” kompaniyasının servislərinin işində problemlər müşahidə olunur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məşhur internet resurslarının işini izləyən “Downdetector” xidmətinin saytında bildirilib.
“Google”un işindən daha çox ABŞ, Avstraliya, İspaniya, Böyük Britaniya, Danimarka, Almaniya, Niderland və Macarıstandan olan istifadəçilər şikayət edir.
“Google”un əsas saytının istifadəçilərinin təxminən 68%-i öz hesabına daxil ola bilmədiklərindən şikayətlənib, 31%-i axtarış xidmətinin işində problemlərlə bağlı bildirib. “Gmail” istifadəçiləri hesablarına daxil olmaq (38%), ismarıcların qəbulu (67%) və poçt servisinin saytına daxil olmaq (4%) kimi problemlərlə üzləşib.