Aktyor Can Yamandan sonra müğənni Murat Boz da kasıb ailələrin qida ehtiyacını ödəyəcək.
Musavat.com xəbər verir ki, bu barədə müğənni Haluk Ləvənt məlumat yayıb: “Dayanışma günləri” kampaniyamıza Murat Boz da qoşuldu. Zəng edib dedi ki, 1000 ailənin 2 aylıq qida ehtiyacını ödəyəcək. Murat Boza təşəkkür edirik”.
Qeyd edək ki, 1000 ailənin qida ehtiyacını ödəmək üçün müğənni 280 min lirə xərcləyəcək.
Musavat.com