Ukrayna Prezidenti Volodimir Zelenski kommunal xidmət tariflərinin artırılmasına moratoriumun tətbiqi haqqında qanunu imzalayıb.
“Agxeber” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukrayna Ali Radası məlumat yayıb.
Moratorium hərbi vəziyyət dövründə və onun başa çatmasından 6 ay sonra qaz, istilik və isti su tarifləri üçün qüvvədə olacaq. Tariflərdəki fərq dövlət tərəfindən təchizatçıya ödəniləcək.
Qanun müəyyən edir ki:
-təbii qazın paylanması xidmətlərinin tarifləri artırılmır;
-istilik enerjisi, istilik enerjisi ilə təminat xidmətləri və bütün kateqoriyalar üzrə istehlakçılar üçün isti su təchizatı xidmətlərinin tarifləri artırılmır;
-təbii qazın əhali istehlakçıları üçün qiyməti 24 fevral 2022-ci il tarixinə tədarükçü ilə məişət istehlakçıları arasında münasibətlərdə tətbiq edilmiş qiymətdən artırıla bilməz.
Qanun təbii qaz tədarükçülərinə borcu ödəməzdən əvvəl məişət istehlakçısını məcbur etmək üçün hər hansı bir hərəkətə qadağa qoyur.