Laçında təcili yardım briqadaları işə başladı - Foto

 

Laçında təcili yardım briqadaları işə başladı

Laçında TƏBİB-in tabeliyində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım briqadaları fəaliyyət göstərməyə başlayıb.

Agxeber” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının sağlamlıqlarının nəzarətdə saxlanılması üçün Müdafiə Nazirliyi TƏBİB-ə müraciət edib. Müraciət əsasında TƏBİB-in tabeliyində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) Stansiyasının “113” dispetçer mərkəzinin və Xocavənd Rayon Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarından ibarət iki TTTY həkim briqadası Laçında fəaliyyət göstərməyə başlayıb.

5951

DİGƏR XƏBƏRLƏR