Nuru Paşadan Bəxtiyar Paşaya...


Tarix təkrarlanır deyirlər... 

1918-ci ildə Azərbaycan işğal altında idi. Bakıya ruslar, ingilislər və ermənilər nəzarət edirdi. Həmin ilin mart ayında Bakıda müsəlman türk əhaliyə qarşı soyqırım baş verdi, minlərlə əliyalın insanımız qətlə yetirildi. Bütün bunlardan sonra, Osmanlı dövlətinin din, dil və qan qardaşı olan Qafqaz xalqlarını, o cümlədən azərbaycanlıları daşnak-bolşevik qətllərindən qurtarması üçün hərəkətə keçməsi vacib idi. Ona görə də 1918-ci ilin əvvəllərindən başlayaraq Osmanlı dövləti yaranmış tarixi fürsətdən maksimum istifadə etmək üçün Qafqaz yürüşünü gündəlik planına daxil etdi. Mayın 28-də isə Azərbaycan öz dövlət müstəqilliyini elan etdi. Azərbaycanı işğal edən və Bakını paytaxt seçən Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin 20 mindən artıq silahlı qoşunu var idi. Bu çətin durumda Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci il iyununda Osmanlı dövləti ilə müqavilə imzaldı. Ancaq AXC-nin müvəqqəti paytaxı Gəncə şəhəri seçildi. 

Nuri Killigil Paşa

1918-ci ildə Azərbaycanı, Bakını işğaldan azad etmək üçün şanlı orduya rəhbərlik etmək görəvi Nuru Paşaya həvalə  edilmişdir. Qurulan orduya Qafqaz İslam Ordusu adının verilməsi Osmanlı dövlətinin önəmli müttəfiqi olan Almaniyanı şübhələndirməmək üçün seçilmiş bir manevr idi. Çünki, Almaniyanın da Azərbaycanda maraqları var idi.Mayın 20-dən etibarən Nuru Paşa Zənfəzur ərazisinə daxil oldu, əhali onları sevinclə qarşıladı. 3 gün ərzində Gəncə işğaldan azad edildi. 16 iyunda Qaraməryəmdə İslam ordusu ilə Bakı söveti ordusu üz-üzə gəldi, ağır döyüşlər başladı. İslam ordusu bir neçə gün cəhdlər etsə də müvəffəq ola bilmirdi. Nəhayət 12 günlük döyüşlərdən sonra düşmən məğlub olaraq Göyçay-Qaraməryəm ətrafından geri çəkildi. Növbəti döyüşlər Ağsuda və Şamaxıda oldu. Bundan sonra Bakıya irəliləyiş başladı. Xırdalan, Biləcəri, Bayıl istiqamətlərində ağır döyüşlər getdi. Nəhayət Nuru Paşanın başçılıq etdiyi Qafqaz-İslam ordusu ağır döyüşlər nəticəsində Azərbaycanın rayonlarını və 15 sentyabr 1918-ci ildə Bakını işğaldan azad etdi. Bu uğurda Qafqaz-İslam ordusunun 4 mindən çox şəhid verdiyi bildirilir. 

Vətən müharibəsi

Nəhayət 2020-ci 27 sentyabrda Azərbaycanda Vətən müharibəsi başlayarkən Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Xidmət Qrupu Komandalığına 4 general, qrup komandiri olaraq da general-mayor Bəxtiyar Ersay təyin edilmişdir. Müharibə dövründə və müharibədən sonra Bəxtiyar Paşanın başçılıq etdiyi qrup Azərbaycan ordusuna önəmli dəstək verib, Azərbaycan Silahlı Qüvvələrinin yenidən qurulması, birgə tapşırıqların yerinə yetirilməsi və birgə təlimlərin keçirilməsi məqsədi ilə ona tapşırılmış vəzifəni uğurla icra edib. O, bu vəzifəni 2022-ci ilin avqsut ayınadək uğurla davam etdirib.

Bəxtiyar Ersay Paşa

Bu yaxınlarda şəhid polkovnik Babək Səmidlinin səs yazısı yayıldı. Babək Səmidli bir sıra mühüm məqamlara toxunub. Mənim üçün ən mühüm məqamlardan biri də Bəxtiyar Ersayla bağlı idi. B.Ersayın həyatı haqqında oxuyanda görürük ki, o, 2011-ci ildə hüquq-mühafizə orqanlarına sızmış xain terror təşkilatı olan  FETÖ-nün "Balyoz" (Çəkic) quramasıyla 3 il cəzaçəkmə günahsız olaraq cəza çəkib. Ona 16 il həbs cəzası verilmişdi. Sonra dövlətin milli qanadının ayıq-sayıqlığı nəticəsində həmin dövrdə həbs edilmiş Türk Silahlı Qüvvələrinin zabitlərinin iftiraya məruz qaldığı, haqsız yerə həbs edildiyi bəlli oldu və nəhayət Bəxtiyar Ersay da bəraət alaraq həbsdən azad edildi. O, öncə general-leytenant rütbəsinə yüksəldildi. Sonra isə general-mayor rütbəsi aldı. PKK-ya qarşı uğurlu və çətin hərbi əməliyyatlar keçirməklə tanınır. 
15 iyul 2016-ci ildə Türkiyədə dövlət çevrilişinə cəhd olunarkən Bəxtiyar Paşa Əfqanıstandakı vəzifəsindən dərhal geri dönüb. Türk ordusunda sevilən zabitlərdəndir. Rəcəb Tayyib Ərdoğan ona böyük etimad göstərir.

Bəxtiyar Paşa kimi qəhrəmanlarımızı gördükcə Nuru paşaların 100 il sonra da var olduğunu görürük, tarixin təkrarlandığının fərqindəyik. Türkiyənin, onun cumhur başqanı R.T.Ərdoğanın dünyanın təpkilərinə rəğmən Azərbaycanın yanında olması vəfalı türkün bir əsr sonra da öz qardaşlıq borcunu yerinə yetirərək həm də bütün dünyaya Azərbaycanın tək olmadığını göstərmək idi. Necə ki, Osmanlı qardaşlarımız bunu etmişdir. 
100 il sonra Azərbaycan ordusu artıq böyük və güclüdür, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının cəsarəti, əsgər və zabitlərinin misli az görülmüş fədakarlığı, qardaşı ölkənin dünyaya dirənişi ilə rəşadətli ordumuz düşmən üzərində böyük zəfər çaldı. Bu uğurda 3 min şəhid verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 


Cavid Hacıbəyli.
Ağ Partiya başqanının müavini. 





 
6815

DİGƏR XƏBƏRLƏR