Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkiləri ilə bağlı səsvermədə iştirak edib.
Prezident və xanımı Əminə Ərdoğan İstanbuldakı Saffet Çebi adına məktəbdə səs verib.
Qeyd edək ki, Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qoyulub. Məntəqələrdə 60 milyon 697 min 843 seçici səs verə bilər.
Azpost.info