KAMRAN MƏMMƏDLİ

Qarabağ müharibəsi və Qərbin əsl mahiyyəti

Qarabağ müharibəsi və Qərbin əsl mahiyyəti

KAMRAN MƏMMƏDLİ
Son zamanlar xüsusi ilə də İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan xalqı Qərb dairələrinin iki üzlülüyünə və onların demokratiya, insan haqları kimi dünyaya sırımağa çalışdığı  dəyərlərinin əfsanədən ibarət olduğuna bir daha şahid oldu. Həmin ölkələr bütün gücləri ilə müzəffər Azərbaycan ordusunun haqq davasının qarşısını almağa, buradakı öz əl altıları vasitəsi ilə  “ NO WAR”  təbliğatı aparmaqla ürək bulandırmağa cəhd edirdilər. Amma dahilərin də dediyi kimi müharibə böyük nemətdir. Bəzən müharibə üstü tozlu qalmış bir çox mətləblərin üstündəki tozu təmizləyir. Eləcə də ölkəmizdəki könüllü nökərlərin simasını ortaya çıxardığı kimi. Onlar  bu davranışları ilə həm xalqın gözündə daha da rüsvay oldular həm də əsl simaları gün üzünə çıxmış oldu. Onlar yəni qərbin könüllü kölələri bir cəbhədə birləşdiyi kimi yerli və milli olan azərbaycanlıların da bir cəbhəsi var idi. Bu cəbhədə  Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə sarılaraq mənfur düşməni darmadağın etməyi bacardı. Milli-mənəvi dəyərlərə sadiq olan, vətənpərvər gənclərimiz səfərlik komitələrinə könüllü olaraq axın etdi.  Milli müxalifət və sıravi xalq bir yumruq olaraq birləşə bildi və bu milli birlik sayəsində ən əsası da əsgərlərimizin şücayəti  ilə Qarabağın işğaldan  qurtara bildi.  Qarabağ Qərbin “NO WAR”  şüarları ilə deyil,  Şərqin Allahu Əkbər şüarları ilə, azan səsi sədaları altında azad olundu. Hansı ki, “NO WAR” bağırtıları  ilə qulaqlarımızı yoran, özlərinə ziyalı deyən bəzi kəsimlərə Frantz Fanon və daha sonra Edward Said tərəfindən verilən tarixi yarlıq onların üzərində əbədi qalacaqdır. Müstəmləkə ziyalısı. Fanon bu müstəmləkə ziyalıları haqqında deyirdi: “ Müstəmləkə ziyalısı eqoistliyi, təkəbbürlü dedi-qoduları və son sözü özü söyləmək  uşaq axmaqlığıı kimi bütün bütlərinin bir gün inkvizisiya odunda yandırıldığına şahid olacaqdır”.
Vətən müharibəsində , dövlətimizin ən çətin anında yanımızda Qərb,  liberal dəyərli dövlətlər deyil məhz mühafizakar şərq ölkələri oldu . Bu mənada qardaş Türkiyə və Pakistanın böyük dəstəyi isə əvəz olunmaz idi . Bütün bunlar bir daha bizlərə sübut edir ki, Qərbin demokratiya, insan haqları kimi pafoslu sözləri sadəcə bir şirin yalandan başqa heç nə deyil.  Hətta son dönəmlərdə sərhədləri daxilində, öz vətəndaşlarına qarşı etdikləri anti-demokratik davranışlar artıq hamıya bəllidir. Fransada  “sarı jiletlilər”-in  qiymət artımına  etiraz olaraq keçirdiyi aksiyalar çərçivəsində minlərlə nümayişçi saxlanılmış, nümayişçilərə qarşı su şırnaqlarından, polis itlərindən, dəyənəklərdən istifadə edilmiş, aksiya iştirakçıları şiddətə məruz qalmışdılar. Eyni zamanda Portuqaliya, İspaniya, Belçika və digər qərb ölkələrində keçirilən etiraz aksiyalarında minlərlə mitinq iştirakçısının polis zorakılığına məruz qalması, yüzlərlə insanın həbs olunması artıq  çox sayda dünya medialarını manşetlərində yer almışdır . Amma maraqlısı odur ki Qərb ölkələrində belə hallar baş verərkən bir çox hüquq müdafiə təşkilatları, “AŞPA” “Freedoom House” və digər əlaqədar qurumların səsləri nədənsə eşidilmir, ancaq eyni hadisələr Şərq ölkələrində olduqda bu bilərəkdən şişirildilərək qabardılır və həmin ölkələr demokratik dəyərləndən uzaq olmaqla ittiham olunur.  Bəzən Qərb ölkələri tərəfindən həmin ölkələrə hərbi müdaxilələr edilir, bölgədəki əl altıları vasitəsi ilə  çevirilşlərə cəhd  belə edirlər. Həmçinin ABŞ-da keçirilən son prezident seçkilərindəki qanunsuzluq , anti-demokratik addımlar və Donald Trampın söz azadlığının kobud şəkildə pozulması, onun sosial şəbəkələrdəki profillərinin bloklanması bir daha hamıya  demokratiya  sözünün yalnız nəzəriyyədə olduğunu göstərdi. Öz vətəndaşlarına qarşı bu şəkildə  davranan ABŞ və Qərb ölkələri bizəmi demokratiya gətirəcək? Azərbaycan xalqı artıq bu nağıla inanmır və bundan sonrada öz yolunu mühafizakar milli-vətənpərvər insanlarla davam etdirəcək. Bu mərhələdən sonra Azərbaycan xalqı nə Qərbdən gələn şirin vədlərə inanandır nə də onların ölkəmizdəki kölələrinə. Yerlərdəki ziyalı kölələrin təsvirini isə Edward Said daha yaxşı çəkir:  “Onlar yəni müstəmləkə ziyalıları öz ölkəsinin mədəniyyətindən və xalqından  nifrət edir, bütün varlığını Qərb mədəniyyətinə aid edir lakin Qərbin agentura şəbəkəsində bir detal olaraq istifadə olunan tipologiyadan başqa biri ola bilmir”.
 
 Kamran Məmmədli Ağ Partiya İH-üzvü

MÜƏLLİFİN DİGƏR YAZILARI