AĞ Partiya İdarə Heyətinin üzvü Ramin Əbilovun qızı Əbilova Nuriyyə Ramin qızı bu il yüksək nəticə göstərərək Azərbaycan Tibb Universitetinə daxil olub. Əbilova Nuriyyə 257 saylı orta məktəbin məzunudur. Oxuduğu məktəbi müvəffəqiyyətlə, qırmızı attestatla bitirən Nuriyyə xanım Biologiya fənni üzrə Bakı şəhərində keçirilən, məktəblərarası olimpiadanın qalibi olub. Atası Ramin Əbilov qızına: "İlk növbədə əməyi keçən bütün müəllimlərə dərin minnətdarlığımı bildirirəm. Və bir valideyin olaraq hər bir valideyinə bu sevinci yaşamağı diləyirəm. Arzu edirəm ki, qızım Tibb Universitetini də müvəffəqiyyətlə bitirsin və savadlı, vicdanlı həkim olaraq xalqına və dövlətinə ləyaqətlə xidmət etsin" deyə arzularını çatdırıb.
Bu münasibətlə öz növbəsində Nuriyyə xanımı AĞ Partiya İdarə Heyəti və AĞ Partiya sədri Tural Abbaslı da təbrik edib, ona gələcək tədris illərində uğurlar arzu edib.