Abşeron Rayon Məhkəməsi hakim Vaqif Həsənovun sədrliyi ilə Şamaxı Rayon İcra Hakimiyyətinin ərazi və yerli özünüidarəetmə şöbəsinin müdiri Mərdan Nəhmətovun tanınmış jurnalist Fadil Paşayevə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayəti təxirə salıb.
Ağxeber.com bildirir ki, şikayət üzrə mayın 26-da keçirilən hazırlıq iclasında hakim, Mərdan Nəhmətovun şəxsiyyət vəsiqəsi olmadan iclasa qatıldığı üçün prosesi təxirə salıb. Növbəti məhkəməyə hazırlıq iclası iyunun 2-də saat 17:00-da olacaq.
Şamaxı Rayon İcra Hakimiyyətinin ərazi və yerli özünüidarəetmə şöbəsinin müdiri Mərdan Nəhmətov Konkret.az saytında dərc edilən məqalə ilə bağlı jurnalist Fadil Paşayevi Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusi ağır cinayətdə ittiham etməklə böhtan atma) və 144-148-ci (şəxsiyyət əleyhinə olan cinayətlər) maddələrilə xüsusi ittiham qaydasında məhkəməyə verib.
Xatırladaq ki, Konkret.az saytında Mərdan Nəhmətovun Şamaxı rayonunda özbaşınalığı, tutduğu vəzifədən sui istifadə etdiyi barədə bəhs edən məqalə dərc edilib. Məqalədə Şamaxıda məmur özbaşınalıqları bildirilir. M. Nəhmətov Məhkəməyə şikayət etməmişdən öncə jurnalist Fadil Paşayevi rəhbərtik etdiyi redaksiyaya ünvanlanan şikayət üzrə araşdırma aparılaraq paylaşdığı yazıya görə hədə-qorxu gələrək təhdid və təhqir etmişdir.
Qeyd edək ki, jurnalist Fadil Paşayev şəxsi sosial şəbəkəsində Mərdan Nəhmətovun bugünkü məhkəmə prosesindən sonra onu yenidən təhdid etməsi ilə bağlı yazı yazıb.
Həmin yazı aşağıdakı linkdə:
https://www.facebook.com/photo/?fbid=6254708644607518&set=a.556768454401594
Şəfa Rasimqızı