Ağ Partiyasının parlament seçkilər ilə bağlı açıqlaması


Ağ Partiyasının 1 sentyabr 2024-cü ildə keçirilən növbədənkənar parlament seçkilər ilə bağlı açıqlaması yayılıb. Açıqlamada deyilir:

Növbədənkənar parlament seçkilərin keçirilməsi siyasi baxımdan hər bir ölkə üçün xüsusi önəm daşıyır. Seçkili institutların formalaşması və işləkliyi dövlətin və cəmiyyətin rifahı üçün mühümdür. 2024-cü il Milli Məclisə keçirilən növbədənkənar seçkilər artıq başa çatmışdır. Seçki prosesi və nəticələri ilə bağlı olaraq məsələlərə iki aspektdən yanaşmaq lazımdır. Seçkilərə ilkin hazırlıq, namizədlərin qeydiyyatı və seçicilərlə görüşlərin təşkili, təbliğat və təşviqat prosesi partiyamız üçün normal şəraitdə keçmişdir. Bu dövrdə namizədlərimizlə ATƏT nümayəndələri arasında görüşlər keçirilmişdir. Seçki prosesinin seçki gününə qədər olan hissəsində partiya namizədlərimiz post-müharibə dövründə bütöv Azərbaycanda normal prosesin içində olmuşlar.
Lakin seçki günü dairə və məntəqələrdə seçki qanunvericiliyinə zidd olan, müşahidəçilərimiz və namizədlərimiz tərəfindən qeydə alınmış ciddi nöqsanlara yol verilmişdir. Bu nöqsanlar seçki gününə qədər cərəyan normal prosesə ciddi kölgə düşürür, Azərbaycana qarşı bədxahların və düşmənlərin agitasiyasına material verir. Bu seçkilərin keçirilməsi zamanı qeydə alınan qüsurlar və ciddi nöqsanlara partiya olaraq etiraz edirik.
Lakin Partiyamız Azərbaycan Respublikasının qanunları və demokratik prinisplərə uyğun olaraq sivil siyasi mübarizəsini davam etdirir. Ağ Partiyası olaraq siyasi sistemdə gücümüzə uyğun yerimizin bərqərar edilməsində qərarlılığımızı davam etdiririk.

Agxeber.com
4051

DİGƏR XƏBƏRLƏR